Dilinizə diqqət edin!

image

 

Dil, başqa əhəmiyyətli funksiyalara sahib olmaqla yanaşı, orqanizmin güzgüsü kimi də qiymətləndirilir. Dilin köməyi ilə bir çox xəstəlikləri müəyyən etmək olar.
Təmiz, yəni üzərində ərp olmayan dil həzm sisteminin sağlamlığı əlamətidir. Lakin bu hələ tam sağlamlıq demək deyil. Dil praktik olaraq bütün orqanlar sisteminin vəziyyətini əks etdirməyə qadirdir. Məsələn, dilin ucu çanaq orqanları üçün işarə verir, tən orta hissədən sol qaraciyər, sağ dalaqdan xəbər verir.

Dilin rənginə görə, üzərindəki ərp və həmçinin ərpin rəngi bir çox xəstəliklərin əlaməti sayılır. Ümumiyyətlə, dildə ərpin olması immunitetin azalmasının və xroniki xəstəliklərin birinci əlamətidir. Və hətta ərpin qalınlığı da xroniki xəstəliyin ağırlığına bir işarədir.

Xroniki alkoqollu intoksikasiyalar vaxtı dil qəhvəyi ərplə örtülür.
Dildə göy çalar ürəkdə və ürək-damar sistemindəki xəstəliklərdən xəbər verir.
Dildə səpkinin olması qastrit əlaməti sayılır.

“Coğrafi xəritə” yə oxşar dil uşaqlarda həmişə qida allergiyası əlaməti hesab olunur.
Qızartı və dilin ucunun yüngül xəstəliyi çanaq orqanlarının hansısa bir xəstəliyini göstərir.
Əgər hər iki tərəfdən dilin və onun kənardan orta hissəsi hərdən ağrıyırsa, ciyərin ciddi xəstəliyi mümkündür.
Dildə şişkinlik və dilin sağ yarısının qızartısı qaraciyərin xəstəliyinə işarədir.
Həmçinin solda dəyişiklik dalağın xəstəliyidir.
Unutmayın, insanın başına nə gəlir dilindən gəlir. Sağlamlığınızın qədrini bilin ki, dil də nə danışdığını bilsin. Bir sözlə, dilinizə diqqət edin!

02/06/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Heç dilimə baxmışam ki, bilim nə var, nə yox. İnşəAllah bir problem yoxdur. Bu əlamətlərdən bircə xəritə kimi ləkəni bilirdim, bizim uşaqlarda olmasa da, başqa uşaqlarda görmüşəm.
    Təşəkkürlər, Sevincim.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Sənə də təşəkkür, mələyim. Dilinin üstü çat-çat olan birin də mən görmüşdüm 😦

    Bəyən

    • Mənim sinif yoldaşımda da, qaynımda da dil çat-çat idi, səhv eləmirəmsə, o uşaq vaxtı keçirilən qızdırmanın əlamətidir. Mənə elə deyiblər, bilmirəm aldadıblar, yoxsa yox.

      tərəfindən bəyənildi 1 şəxs

  3. Mən sonra maraqlana bilmədim heç, görüm nə oldu.

    Bəyən

  4. Tez durub dilimə baxdım cat cat olmasa da ortadan bir xətt gedir Amma bir uşaq tanıyıram həqiqətən dili əsl dünya xəritəsidi Onu da deyim ki bu qan azlığından da yaranır

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: