Dünyamıza sevincdir onlar!

image Uşaqların qayğısına qalmaq, onların sağlam böyümələrini təmin etmək və təhsil vermək hər bir dövlət üçün strateji məsələdir. Bu, bəşəri dəyərdir. Dünyanın harasında olursa- olsun, uşaqların xoşbəxt və sağlam olması insanlığın sabahına, davamlılığına zəmanətdir. Uşaq çiçəkdir. Sevildikcə xoşbəxt olar. Gələcəyimiz olan uşaqları sevək və qoruyaq! Bu, hamımızın borcudur. Sağlam cəmiyyət, sağlam gələcək istəyiriksə, özümüzü uşaqlara həsr etməliyik. Bütövlükdə isə uşaqların yaşamaq və bunun üçün onlara lazım olan tələbatlarını təmin etmək həm də dünyanın qayğısıdır. Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Beynəlxalq Uşaq Konvensiyasının qəbul edilməsi, çoxlu sayda nüfuzlu beynəlxalq uşaq təşkilatları bu məsələnin dünya üçün də prioritet olduğunu sübut edir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children’s Day) – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunmuşdur. Əziz dostlar, bu gözəl gündə istəyirəm sizi şirin-şəkər balalarla tanış edəm. image İlk öncə ən balacamız olan Akif bala ilə tanış olaq. Bilirsiniz bu saat Akif balanın ürəyindən nələr keçir? O bunları deyir: – Qoyun yatım da, səhərə qədər gözümə yuxu getməyib. image Bu şirin bala nənəsinin gözünün nuru, ona “nənə” adını ilk qazandıran İslam baladır. Günel, toyunu görəsən inşAlla.

imageBu gül balalar Türkan və Orxandır. Nənəsindən çox uzaqda yaşasalar da səhər gözlərini açan kimi “skype” vasitəsiylə nənəni salamlayır, onun şirin sözləri ilə günə başlayırlar. İrinka, Allah bəd nəzərdən saxlasın.

image Bu şəkildəki şirin balaların adı Sonay və Eşqindir. Eşqin əlaçıdır, dərslərini sevə-sevə yerinə yetirir. Atası da, anası da ondan çox razıdırlar. Amma bizim balaca Sonayımız bir az ərköyündür. Yazı yazmaqla da heç arası yoxdur. Amma hələ balacadır, dərsə gedəndə qardaşı kimi əlaçı olmağa söz verib. image Siz rəsmdən baxan gözlərin nələr dediyini duya bilirsinizmi? Bu balaca balanın adı Xürrəmdir. Ata babasının adını daşıyır. Hər gecə yatanda balaca əlləri ilə anasından bərk-bərk tutub bilirsiniz nə deyir? Deyir, anacan, sən üzülmə, mən böyüyücəm və babam kimi qəhrəman olacağam, düşmənlərin hamısını avtomatımla öldürəcəyəm. Mənim babam da Azərbaycanın Qəhrəman oğulu olub, mən də ona oxşayacam, mən Rövşən babama oxşayacam. image Bu balaca gözəli tanımırsınız yəqin. Onda gəlin tanış edim. Bu mənim nəvəmdir, virtual nəvəm yəni ☺️ Adı Aysudur, çox dəcəldir. Yaşının az olmasına baxmayaraq ən sevdiyi yemək dovğadır. image Bu da bizim balaca aşpazımız Səmradır, tanış olun. Nənəsi onu danlayan kimi qaçır mətbəxə, qollarını çırmalayıb babası üçün dadlı yeməklər hazırlayır. Düşbərə bükməyi nənəsindən öyrənsə də, hamıdan incə onun bükdükləridir. image Bu şəkildəki balaca oğlanın adı Amindir. Bu il birinci sinfi bitirdi, lakin Amin deyir neynəsəniz də, mən riyazıyyatı sevən deyiləm. Axı niyə qoymursunuz mən rəqqas olum? İstəyirsiniz sizin üçün milli rəqs də ifa edim. İstəyirsiniz? image Səmra bacı, yatma, şəklimizi çəkirlər. Ehhh…mən də böyüyb sən boyda olsaydım bircə…Mərvə, mən yatmamışam, hamıdan küsmüşəm. Sənin şarların mənimkindən qəşəngdir, mən də onlardan istəyirəm. Bu da balaca, qarasaç, şirin qızımız Mərvədir. image Bu şirin qızın adı Leyladır. Leyla ağıllı, sözəbaxan olduğu üçün valideynləri onu çox sevir. image Aysel bala da çox ağıllı qızdır, məktəbin bütün tədbirlərində iştirak edir, müəllimləri onu çox istəyir. Allah bütün balaları qorusun, gələcəyimiz olan bu körpələrlə həmişə fəxr edək. İnşallah gözü yolda körpə gəlişi gözləyən ocaqlara da bu sevinc qismət olar.

01/06/2015 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 13 Şərh.

  1. Çox uçsən və fərqli yanaşıb belı maraqlı yazı ərsəyə gətirdiyiniz qçün Təşəkkür. Allah bütün uşaqları qorusun.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Bəyəndiyiniz üçün təşəkkür edirəm, Elmir bəy. Sizə də qismət olsun 🙂

    Bəyən

  3. Allah bütün balalara xoş günlər nəsib etsin, içində də bizimkilərə.
    Xəbərə, diqqətə görə çox təşəkkür edirəm, Sevincim.
    İşlərimi sahmana salım, bir azdan gələcəm.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Xoş gəldin, mələyim. 🙂 Amin…

    Bəyən

  5. Maraqlı yazıya görə çox təşəkkür 🙂 Allah bütün körpələrə gözəl gələcək qismət eləsin, yaxşı oxuyub valideynlərinin üzünü ağ eləsinlər.Allah saxlasın:)

    tərəfindən bəyənildi 1 şəxs

  6. Allah qorusun bu şirin şəkər gül balaları Dünyaları həmişə sevincli olsun Bir sözlə sevincli dünyada yaşasınlar yaratsınlar O gün olsun ki bütün həsrətində olanların dünyasına belə sevinclər qatılsın

    tərəfindən bəyənildi 1 şəxs

  7. Seva, göndərməyi bacarmadım vallah, çalışıb gec də olsa göndərəcəm.

    Bəyən

  8. Allah bütün uşaqları qorusun! Üzləri daim gülən, canları sağ, qarınları tox olsun!

    Bəyən

  9. Allah bütün körpələri qorusun, öz pənahında saxlasın. Amin. Diqqətiniz, qayğınız üçün sonsuz təşəkkürlər, əzizim. Allah balalarınızın xoş günlərini görməyi nəsib etsin sizə. Amin 😙😘😚

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...