Səttar Xan (1867 – 1914)

image009

 

1905-11-ci illər İran inqilabının və Cənubi Azərbaycanda demokratik hərəkatın rəhbərlərindən biri, Azərbaycan xalqının milli azadlığı uğrunda fədakar mübariz Səttar xanın adı tariximizə qızıl hərflərlə yazılmışdır.

Səttar xan 1867-ci il avqustun 16-da Cənubi Azərbaycanın Qaradağ vilayətinin Məmmədxanlı mahalında kəndli ailəsində anadan olmuşdur.

Səttargilin ailəsində şah üsuli-idarəsi əleyhinə çıxan mücahidlərə böyük hüsn-rəğbət vardı. Bir dəfə – o vaxt Səttarın 15-16 yaşı ancaq olardı – feodal hakim dairələrinə qarşı kortəbii mübarizə başçılarından birinə sığınacaq vermələri üstündə böyük qardaşı İsmayıl və Səttar həbs edilmiş, qandallanaraq Təbrizə göndərilmişdilər. Bu, Səttarın həyat yolunu müəyyənləşdirməkdə az rol oynamadı.

Qardaşı İsmayıl edam olunduqdan sonra isə gənc Səttar öz taleyini qəti olaraq zəhmətkeş xalqın azadlığı uğrunda mübarizəsi ilə bağlamış oldu.

1905-ci ildə İranda və Cənubi Azərbaycanda baş qaldırmış inqilabi hərəkat Səttara böyük təsir göstərdi. İnqilab nəticəsində Güney Azərbaycanda hakimiyyəti ələ almış Təbriz Əncüməni Səttarı xalq polisinin komandirlərindən biri təyin etdi.

Səttar xanın Təbrizə gəlişi inqilabçılara böyük ruh verdi. Xalq kütlələrinin köməyi ilə az sonra Səttar xanın dəstələri Culfa yolunu düşməndən təmizlədilər. Nəhayət, 1909-cu ilin aprelində Məhəmmədəli şah Qacar Səttar xanla danışıqlara başlamağa məcbur oldu. Şah vəd etdi ki, konstitusiya tezliklə bərpa olacaq. Səttar xan bildirdi ki, vədə əməl olunsa silahı yerə qoyacaq.

1909-cu ildə şah konstitusiyasını bərpa etməyə məcbur oldu. Məhəmmədəli şah azyaşlı oğlunun xeyrinə taxt-tacdan əl çəkib xaricə qaçdı. 1910-cu ilin martında Tehran hökuməti Səttar xanla Bağır xanı paytaxta dəvət etdi. Səttar xan könülsüz də olsa yola çıxdı. Lakin irtica qüvvələri Səttar xana sui-qəsd hazırlamışdı. Avqustun 7-də hökumət qoşunları xəyanətə əl ataraq qəfil hücumla fədai dəstələrini tərksilah etdilər. Atışma zamanı Səttar xan ağır yaralandı.

Səttar xan  1914-ci il noyabrın 9-da əbədi olaraq gözlərini yumdu. Onun ölümü ümumxalq matəminə çevrildi.

06/05/2015 tarixində Tariximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...