Mənə söz ver…

…Onsuz da hər zaman fikrimdə dolanırsan, amma bu günün sızısı çox olub həmişəkindən. Bütün gün düşüncəmdə fırtına qopub, qovrulub durmuşam…
Əzizim, nolar ki bu qədər rahat, uduzmuş kimi əlini-qolunu sallayaraq təslim olmayasan həyata?!..
Nolar ki əzizim, mənim bildiyim Səni, mənim könlümdə sultan olmuş “Sən”i geri qaytarsan? Qoyma o “Sən” məhv olsun, əzizim. Qoyma hələ ürəyində açılmamış çiçəkləri solsun. Bu qədər mübarizəyə rəğmən heyif olmasına icazə vermə! Necə tapırsan, hardan tapırsan tap, ÜMİD ver ona. Yenidən yaşamaq üçün nəfəs ver ona. Həmişəki kimi hər şeyə rəğmən həyata bağla, yenə ikiəlli tutsun həyatdan. Yaşasın əzizim, inadına yaşasın, hər şeyə rəğmən yaşasın!
Mənim bildiyim Sən təslim ola bilməz, yıxıldığı yerdə diz üstə qala bilməz. Olmaz əzizim, Valah üzüdönüklük olar, acizlik olar, Vallah olmaz, əzizim…
Mən Səni itirsəm həyata nifrət edərəm. Adına yaxşı deyilən hər şeyə, insan kimi insanlığa da, yaxşı biri olmağa da. Lap mənliyə də, şərəfə də, ümidlərin özünə də nifrət edərəm, əzizim. Allah xətrinə buraxma bildiyim, tanıdığım “Sən”in əllərini😥😥😥
Deyirlər hər şey boğaza dirənib dözülməz hala gəldiyində o nöqtə dönüş nöqtəsidi, qədərinin dəyişəcəyi nöqtədi. O anda əsla vaz keçmə, əsla naümid olma. Naümid olarsansa, üsyan etmiş olarsan. Vaz keçərsənsə dirənməkdən, səbrindən dəyişəcək olanları itirərsən.
Bəlkə bu yorğunluq dönüş nöqtəndi, əzizim?..
Bax bu sözləri yazdıqca gözümdən yaş damlayır telefona. Hərfləri görə bilmirəm gözüm dolduğu üçün. Onsuz da bir gün öləcəyiksə, niyə hər gün ölək ki?  Niyə hər nəfəs yaşatmaq əvəzinə daha betər öldürsün😥😥
Allah xətrinə əzizim, hər şeyin yaxşı olacağı günə qədər vaz keçməyəcəyinə, bildiyim, vurğunu olduğum “Sən” i geri qaytaracağına söz ver mənə…

Müəllif: Xəyalə

03/06/2020 tarixində Sizdən gələnlər içində dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 9 Şərh.

  1. Bir gün bu yazdıqlarımla rastlaşacağımı bilməzdim… Görəndə gözlərim doldu. Qəlbimin içində elə bir ağırlıq, elə bir ağrı hiss etdim ki,bilmirəm necə izah edim o, halı. Əvvəl oxuya bilmədim, çünki bu iki iilin ağrısını necə üzümə vuracağını bilirdim. Özümü toplamağa çalışıb bir təhər oxudum,lə elə də oldu… Təxmin edə bilməyəcəyin qədər ağrının sızısı var içimdə yığılmış əzizim, uzaqlığından, üzgünlüyündən toplanmış… Söz ver mənə Əzizim, yenidən əvvəlki günlərə qovuşacağımıza söz ver…😔😔😔😔

    tərəfindən bəyənildi 1 şəxs

  2. Senin özün sıradan biri olmadığın üçün, yazın da sıradan yazı ola bilmez, Xeyalem.
    Men sene söz vermişem ve verirem de. Allaha penah…

    Bəyən

  3. Salam Sevinc xanin sizincun nece cox darixdigimi bir bilseniz😔😔😔😔belkede unutmusunuz meni belkede hec xatirlamirsiniz ama men sizi hec unutmadim,her zaman anamdan soruwdum )))😔😔😔menim telefonumda mail niyese hec kese getmir nese oolub ama duzelmir)bilirsizmi men sizin yolunuzu hesretle gozleyenlerden olmusam….sizi burda gormek o qeder xos duygu ki……Men sizi ilk nece sevirdimse elede duygu ve hormetle sevirem Sevinc xanimm))😔😔😔♥️♥️♥️

    tərəfindən bəyənildi 1 şəxs

    • Salam, gözəl qızım. Xoş gəldin 😊 Sevinc yaxşıları unutmur. Unutduğum pislər olar həmişə. Sevgim də, hörmətim də, qayğımda elə əvvəlkidir. Sadəcə sevdiklərim bilmədən edirəm bunu…
      Hər zaman xoş günlərinçün duaçıyam 😘

      Bəyən

  4. Her gun biraz daha anlayiran sizleri,Analarin nece eziyyet cekdiyini,her lese nece sevgi beslediklerini))cunki ozumde anayam.Her gun her an yawa doluruq sanki her an bayaqki fikirlerden de qat qat ustun oluruq….Siizn anamla olan baglilginiz ana bala sevgisi kimidir hec bitmez hec tukenmez,sadeliyiniz heyata en gozel yonlerle baxmaniz,hetta yazilariniz bele cox cox gozeldi cox cox ferqlidi….ne yaxwiki her varsiniz….Gel demekle belkede gelmeyeceksiniz…Her weyin oz vaxdi var ama belke sizi seven konullerin xetrine az az da olsa buralara gelersiniz
    (Darıxmışam senin üçün
    Küleklerin xetrine gel…..
    Sene göre şeir qoxan
    Çiçeklerin xetrine gel….

    Darıxmışam gül üzüne
    Gözlerim baxsın gözüne
    Vurulmuşam göy üzüne
    Meleklerin xetrine gel..

    Senli olan xeyalların
    Fikirlerin,limanların
    Ümidlerin,arzuların
    Dileklerin xetrine gel

    Sensiz qaldığım illerin
    Sene deymeyen ellerin
    Seni seven könüllerin,
    Üreklerin xetrine gel

    Pervin Hüseynova

    tərəfindən bəyənildi 1 şəxs

  5. Gözel qızımız ana olub 😍 çox sevindim. Allah xeyirli övladlardan elesin. Sevgi dolu heyat yaşasın. Övladın üçün dilediyin heyatı yaşada bilesen, qızım.

    Bəyən

  6. Salam məni tanıyan hər kəsə.Allah bütün insanları sevdikləri ilə, doğmaları ilə sınağa çəkməsin bizlər də onların içində.Heç kimin əlini Allah sevdiklərindən üzməsin inşəAllah.
    Sevinc xanım müəllif Xəyalə xanım hamımızın tanıdığı və tanış olduğumuz o saytdakı Xəyalədirmi? Elə istərdim hamı yenə tapılsın, yığılsın bir yerə, amma həyat elədi ki, hərənin öz qayğıları var, müxtəlif səbəbləri var ki, çoxu uzaqlaşdı bir yerdə olmaqdan. Sizi isə daha tez-tez görmək istəyirəm, mamadan soruşuram sizdən xəbəri varmı deyə.İnşəAllah hər şey yaxşıdır.

    tərəfindən bəyənildi 1 şəxs

    • Mənim gözəl qızım, xoş gəldin. İnşAllah uşaqlar da, sən də yaxşısınız.
      Yox, Nara, bu Xəyaləmi yeni kəşf etmişəm. Sən bildiyin deyil.
      Mən də darıxıram hamınız üçün və çox istərdim əvvəlki kimi bir yerdə olmağı. Sizi unutduğumu hesab etməyin deyə, imkan tapan kimi yazı qoyuram bloqa. Sənin kimi vəfalılarım da gəlib tapır 😘😘♥️

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...