Mənim nağıl ömrüm…
Ömürdən bir il də beləcə keçdi,
Keçdi acısıyla, keçdi qayğılı.
Bir ömrə sığmayan arzularımın
Adını mən qoydum “ömür nağılı”.
Nağıla dönübdür vallah bu dünya
Nə qəmi qəm dadıdır, nə sevinci bal.
Bir şirin nağıllı dünyam olsaydı
Deyərdim dünyamda sən də qonaq qal.
Bir nağıla döndü əzəldən ömrüm,
Gah biri var oldu, gah da biri yox.
Vüsalı sədəqə ummayan ömrüm,
Nağıla bənzədi, hicrana döndü.
Ədalət axtardım ağlım kəsəndən,
Haqqım haqq yolunda dumana düşdü.
Qarışdı ömrümün tale naxışı,
Xoşbəxtlik ilməyim düyünə düşdü.
Mən ona qaçıram, o məndən qaçır,
Arzum ümidimin yoluna çıxıb.
Mənim nağıl ömrüm gerçəkdən qaçır,
Deyəsən vədinə naxələf çıxıb.
Nağıla aldanan uşaqlar kimi
Mən isə həvəslə son gözləyirəm.
Göydən düşəcəkmi üç alma görən?!
Əl açıb ömürdən pay gözləyirəm…
Ömürdən bir il də beləcə keçdi…
Baharım yenə də payıza döndü.
Xoşbəxtlik vəd edən nağıl ömrümün
Sevinci niyəsə nağıla döndü…
“Copy” edilməsin!
24/03/2016 tarixində Yazılarım içində dərc edildi və ömür nağılı, şeirlər olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 16 Şərh.
Hec bilmedimki nece keçdi..
illerimi ata-ata yari eledim.
Ömrūm kecdi heyat adli bazarda..
gunlerimi sata-sata yari eledim .
Bezen qapilarim tez acildi
bezen coxtez qapandi onlar.
Qelbimde sevindi yene arzular
arzulara cata-cata yari eledim.
Çox yazdim ömrū vereqlere
çaliwdim heyati derk etmeye..
Aliwdim aciya..hem sevinmeye..
Kederimi uda-uda yari eledim..
Canimin ici cox gozel yazmisan ureyine qurban olummm.yaxwiki varimsan.men de bele cavab yazdim bedaheten..nece oldu bilmirem.senin yazdiginin yaninda.. sen menim ureyimsennn seni hedsiz cooox istiyirem.. iyiki dogulmuwsunnn..iyiki varsinnnn canimmm.. ŪREYÎNDE NE QEDER ARZU VAR
HER BİRİ YERİNE YETECEK CANIMMM.
BŪTŪNACILAR..BŪTŪN CİLELER..
QISA BİR ZAMANDA BİTECEK CANIMMMM..
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Çox sağol, bitannneeem. Gözəl sözlərin, xoş arzularınçün minnətdaram😘💖🌹🌷💖
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Yaxşı ki, varsınız! Yaxşı ki, doğulmusunuz 🙂 Həmd olsun Rəbbimə.. Sizi çoooooooox sevirik çoooooooooox, Sevincim 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Dəyərinçün sağ ol, Ayselim. Mən də səni çoxxxx istəyirəm😘😘😘😘😘😘😻😻😻😍😍😍🌷💐🌷💐❤️
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Sevam sənin hər kəlmən mənimçün dəyərlidi Sağ ol ki varsan və Allahıma çox şükür ki səni tanımışam Səni tanımağım çox güman ki mənimçün bir zərrurət idi
BəyənBəyən
Yoldaşım ad günümdə mənimçün bir şer yazmışdı nədənsə onu burda yazmaq keçdi qəlbimdən
ÜRƏYİMDƏSƏN
(ömür-gün yoldaşım Gülarə xanıma)
Yanımızdan ötdü yel kimi illər,
Bir də ayıldıq ki, dolmuşuq yaşa.
Bu illər ərzində ən ağır yükü,
İkimiz şərəflə daşıdıq qoşa.
Övladlar böyütdük bu vətən üçün,
Sınaqlardan çıxdıq olsa da çətin.
Nə qədər əziyyət çəksəm də belə,
Qat-qat artıq oldu sənin zəhmətin.
Bəzən söz düşəndə “borcumdur” dedin,
Yorulmaq bilmədin zərrə qədər sən.
Ürəkdən-ürəyə yol olmasa da,
Sən mənim həmişə ürəyimdəsən.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Allah sevginizi əbədi etsin, sizi bir-birinizə çox görməsin, Gülüm. Çox gözəl şeirdi😘💐🌹🌷
BəyənBəyən
Mənim dəyərli dostum!Salamlar!Dünən sürpriz edəcəkdim sənə!Amma qismət bu günə imiş!
Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki,
Görəsən məni?
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Gözləyirdim, həm də necə həsrətlə kaş biləydin…gözlədiklərimdın biriydin sən, çox şükür gəldin. Xoş gəldin, canım mənim. Çox xoş gəldin həm də. Bu bloqun var olub davamlı olması üçün sənin yerin görünürdü. Bəzi dostların səbəbsiz və bəhanələrlə uzaq düşməsini qəbul etdim də, incidim də, küsdüm də, nigaran da qaldım. Amma sənin olmamağın bəlli səbəbdən idi deyə dualarımdaydın. Gələsən deyə yox, sağlamlığına qovuşasan deyə. Mənim qəlbimdə yeri olan kəslər var ki, onlar xəbərsiz getsələr də, nə vaxt dönsələr getdikləri yerində olacaqlar. Sən də onlardan birisən, ürəyim…Sonayın bibisi adıyla yazılsan da yenə üçlüyün təşkil etdiyi “S”-i qoruyub saxladın.
Xoş gəldin, xoş gəldin, xoş gəldin💖💖💖💖💖💖💖💖💖💖💖💖
Sən harda dursan da bəbəyimdəsən,
Səni həkk etmişım gözlərimə mən.
Ağlımdan çıxsan da ürəyimdəsən
Qopara bilməzsən, bacarmazsan sən…
BəyənBəyən
Harda olsan gələrəm, təkcə sən səslə məni!
Bilirsən “Sonayin bibisi” zarafatyana adimdı.”Sonayın mamasi”na baldızlıq edəcəm arada bir..
İmkan daxilində gələndə bloqa.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Allah sənə insaf versin, insan özünü bu qədər özlədərmi?..
Sonayın maması rayonda istirahətdədir, yerimiz məlum😂😂😂😂 Nə vaxt gəlsən gözüm üstə yerin var😘😘😘😘
BəyənBəyən
Sevincimin ad gününü təbrik edirəm. Canım bacım, gecikmiş təbrikimi qəbul etsən məmnun olaram.
Sənə nə deyim ki, nə arzulayım..
Birisi xoşbəxtlik, biri səadət,
Ay canım hamsından versin Allahım,
Ürəyin heç zaman çəkməsin həsrət….
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Xoş gəldin sən, sarışınım😘😘😘😘💖💖💖 Mart bitməyibsə, demək gecikməmisən.
Səndən ancaq şeirlə təbrik gözləmək mənə dünyanın ən bahalı hədiyyəsidir😍😍😍😍😍
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Bilirəm də bacım həmişə məni məmnun etmiş… Çox təşəkkürlər canım…
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Sevinc, ne agriniz-aciniz, nigaranchiliginiz var bitsin InsheAllah. Allah her ishinizi asanlashdirsin, yolunuzu revan etsin.
Sonayin bibisini gormek ne xosh oldu, herchend ki havadan baldizliq qoxusu gelir, yene de eyb etmez, men raziyam😀 Teki bir yerde olaq.
BəyənBəyən
Çox sağ ol, mələyim😘😘😘😘💐🌹🌷
Hə, Sada həmişə baldız obrazında olmaq istəyir. Amma mən deyərdim ki, o baldız yox, bal qızdır💖💖💖💖
BəyənBəyən