Bir kişi ağlayırsa…

image

Bir kişi niyə ağlayar heç düşündünüzmü? Bir kişi ağlayırsa, mütləq məntiqi bir səbəbi vardır…

Bir kişini normalda ağlatmaq çətindir, bunu çoxumuz blirik.
Bir kişi duyğularını göstərməz, içində, gizləndə saxlayar çox vaxt.
Oradaca baş-başa qalıb çözər dərdini…
Amma bir kişi ağladığında, əsla, gözyaşları saxta olmaz.
Bir kişi ağlayırsa, demək ürəkdən ağlayır.
Ağrısını ta dərinlərdə yaşayar, içindən ata bilməyəcəyi qədər dərində həm də…
Çünki bir kişi yalnız, həqiqətən dəyər verdiyi, həyatından böyük bir hissəsi qoparsa ağlar.
Kişilər də uşaqlar kimidir. Uşaqlar nə vaxt ağlayar? Ən sevdikləri şey əllərindən alınınca…Hıçqıra-hıçqıra ağlayarlar həm də………………!


Qadınlar ömürlərinin içindəki boşluğu üzlərindəki makiyajla bağlamağa çalışırlar, lakin güclü olduqlarını nümayiş etdirmək rolundan da qalmazlar. Amma kişilər hər halları ilə güclü biridirlər təsiri bağışlayarlar.

Bəs o zaman kişilər niyə ağlayar?
Ümumiyyətlə, kişiləri güclü, qüvvətli və qüsursuz görməyə alışmışıq. Hələ balaca vaxtından kişiləri ağlamamağa alışdırıblar. Ağlayan oğlan uşağını görən biri həmən: “sən qızsanmı, heç kişi də ağlayarmı?” deyə sakitləşdirməyə çalışdı. Bu da bir cəza oldu kişilər üçün… elə uşaq vaxtından içində boğdular kişilərin göz yaşını…amma onlar da insan, onların da ürəyi var, hiss etdikləri, üzüldükləri bir şeylər var, niyə ağlayıb da göz yaşlarını axıtmasınlar?!..

Ağlayan kişi mən də gördüm, acısı böyükdü, ən doğmasını itirmişdi…məhz o kişilik xarakterinə sığınmaqdanmı, ya ölümlə barışa bilmədiyindənmi, dəfn günü kimsə onun göz yaşını görmədi…amma dəfnin sabahı, səhərin gözü yenicə açılanda hər kəs onun hönkürtüsünə ayıldı…bir kişinin gözlərindən sel kimi taş tökülürdü, bir kişi hıçqırtısını boğa bilməyib hönkürürdü, bir kişi ağlayırdı, həm də yanaraq ağlayırdı, itirmişdi çünki, ən əzizi adamını…

Kişilər ağlamaz deyənlərə bir mesaj da məndən olsun o zaman…ağlayar, kişilər də ağlayar, həm də qadınlardan daha yanıqlı, daha təsirli. Çünki onlar hər ötəri şeydən təsirlənib göz yaşı tökməzlər, onlar ağlayırsa, itirdikləri çox dəyərlidir, acısı qəlb parçalayır deməkdir. Kişilər ağlayırsa, bir məntiqi var demək…
Əgər yazdıqlarımla razı deyilsinizsə və kişilər nadir olsa da, nələrə ağlayar, ağlaması onun xarakterinimi göstərir kimi sualların cavablarını bilmək istəyirsinizsə, buyurun, mütəxəssislərin bəzi araşdırmaları bəlkə də axtardığınıza bir cavabdır…


Gizlin ağlayırsa ..

Öz duyğularıyla barışıq olmayan bir kişinin maraqlandığı tək şey sizi qorumaq və etibarda hiss etmənizi təmin etməkdir. Onun fiziki və şifahi olaraq duyğularını anlamaqda çətinlik çəkə bilərsiniz. Şəxsi anlarınızda rahat olmasını təmin edin və razılığınızı ifadə edin.

Xəyalpərəstlik ağladırsa ..


Ehtiraslı və istədiyi olmadığında ağlayan kişilər romantiklikdən deyil, özünü başqa şəkildə ifadə edə bilmədiyi üçün ağlar. Duyğularını qəbul edin və istəklərinizi yumşaq bir dillə izah edin.

Hər zaman ağlayırsa …


Romantik anınızda və ya şiddət mövzusunda bir film izlərkən ağlayan bir kişi ideal əriniz ola bilər. Duyğularını açıqca göstərə bilən, yetkin bir kişidir. Öz duyğularıyla barışıq olduğu üçün sizinkiləri də anlayacaq.

Bu mövzuda yekun olaraq “kişilər ağlamaz” deyənlər üçün subyektiv fikrimi çatdırmaq istəyirəm: “Kişilər ağlayar, amma hər şeyə ağlamaz”….və sonda məşhur bir mahnının sədaları altında bütün kişilərə sevincdən ağlamaq diləyi ilə…

17/10/2015 tarixində Yazılarım içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 17 Şərh.

  1. Gözəl bir mövzuya toxundunuz. Bir zamanlar mən də ağladım. Sevdiyimi itirmək qorxusu ilə. Həm də saatlarca.
    İndi isə olduqca soyuqqanlı olmuşam və düşünürəm ki, inanılmaz sarsıntı keçirmədiyim müddətcə ağlamaram. Bu duyğularımın çölə vurmaması və ya anlayışsız biri olduğum anlamına gəlməz, amma bəzən özüm belə özlüyümdə duyğusuz və anlayışsız biri olduğumu düşünürəm

    tərəfindən bəyənildi 1 şəxs

    • ALLAH bir daha ağlatmasın, Nicat bəy. Ola bilər artıq istəyinizə nail olmusunuz deyə itirmək qorxusu yadlaşıb sizə. Ya da bəlkə indiki soyuqqanlılığınıza yersiz qısqanclıq səbəb olub.
      Mənə elə gəlir duyğusuzluq deyil, sadəcə bəzi şeylər çox adiləşib insanlar üçün. Daha doğrusu insanlar adiləşdiriblər. Hətta ən dəhşətli sayılan ölümü belə elə ucuzlaşdırıblar ki…
      Şərhiniz üçün təşəkkür edirəm.

      Bəyən

  2. kishiler aglayarsa demek son güvenc yerim de yîxilmiwsh kimidir, kishiler aglayanda dvnyani sher qüvveler qarshisinda gücsüz hesab edirem, Sevincim

    Bəyən

  3. Xoş günlərinə gəlim canım. Bacımın keyfi necədir ?

    Bəyən

  4. Bacım yenə xəstələnib, Allah şəfanı versin, keçmiş olsun, sən çalış xəstələnmə…

    tərəfindən bəyənildi 1 şəxs

  5. Uşaq olanda elə bilirdim ki kişilər ağlamaz Amma atam valideyinlərin— o olanda rəhmətə gedən anasını və onu 4-5 yaşlarında nənə umuduna qoyub müharibəyə gedib dönməyən atasını yada salanda hətda hönkürmüşdü belə Və elə o zamandan onları ıtirməkdən cox qorxmuşam İndi isə yoldaşım bir yaşlı ana görən kimi uşaq kimi kövrəlir Televiziyada ağlayan kişi görən də belə nədəndə bir anlıq dünyanın kiçildiyini hiss edirəm

    Bəyən

    • Hamımız bu ruhda böyümüşük, Gülüm, amma dərindən düşünündə kişilərin də ürəyi var, hissi var niyə ağlamasın ki…(doğrudur daş qəlblilər də var, sözüm onlara deyil!!!) Bu kəlmə onların güclü olduğunu qabartmaq üçün söylənilir əslində. Yoxsa kişilərin də ürəyi var, onların göz yaşı ən təsirlidir bəlkə də…

      Bəyən

  6. Evvela qeyd edim ki, kishi kimi qadinlar da var, helem helem aglamazlar 😉
    Itkinin tesirinden deyil de, diger en xirda problem qarshisinda aglayan kishi gorende esebleshirem. Men sevdiyim bir kishinin menim qarshimda aglamasini istemezdim, yalniz ve yalniz Allah qorxusu istisnadir.
    Maraqli movzu uchun Sevince ve gozel sherhler uchun haminiza teshekkur edirem 😍

    Bəyən

  7. Mənim atamda kövrəkdi.Çox gözəl mövzudu

    Bəyən

  8. Necəsən Sevincim

    Bəyən

  9. Xoş gününə gəlim həmişə bacış .Şükür yaxşıyam 😙😙😙😙😙

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...