Müəllim sevgisi -Müəllim gününüz mübarək!

image

Elmsiz adam nə özünü, nə də dünyanı dərk edə bilməz. Dünyanı dərk etməyən insansa, Allahı dərk edə bilməz. Allahı dərk etməyən insan asanlıqla hər cür əxlaqsızlığa yuvarlanar, həm özü, həm ailəsi, həm də üzvü olduğu cəmiyyət daim zərər çəkər.
Müəllimlər bizə bilik, ədəb öyrədir, valideynlərimiz kimi gələcəyimizə xidmət edir, şam kimi yolumuza işıq saçırlar. Hər bir cəmiyyətin formalaşmasında müəllim memar rolu oynayır. Elə bir insan yoxdur ki, onun üzərində müəllim haqqı olmasın. Bu haqqın ödənməsi gərəkdir. Ödənməsi yolu isə müəllimlərimizin öyrətdiyi elm və ədəbi öyrənməkdir.
Mənəviyyatımıza görə elm öyrənmək

Əxlaqımız və mənəviyyatımız çox-çox qədimdən sızıb bizlərə gəlib. Tarix sübut edir ki, bu yol 40 əsrdən çoxdur. Lakin bu yol heç də rahat, hamar olmamışdır. Tariximizin müəyyən mərhələlərində əxlaq qaydalarımız, mənəvi bilgilərimiz xeyli təsirlərə, təzyiqlərə məruz qalmışdır. Mənəviyyatımıza xeyli böhtanlar, iftiralar atılmışdır. Məsələn, yaxın keçmişimizdə hakim dairələr və onların apardığı siyasət xalqda belə bir fikir oyatmağa yönəldilmişdi ki, guya İslam dini elmin inkişafını rədd edir, ona əngəl olur, onu öyrədən müəllimlər isə savadsız, mürtəce fikirli insanlardırlar. Hətta bəzi ədəbi əsərlərdə belə bu cür mənfi qəhrəmanlara rast gəlirik.
Mənəviyyatımızda isə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Hətta müqəddəs Kitabımız Qurani-Kərim nazil olarkən ilk sözü “oxu” olmuş və üç dəfə təkrar edilmişdir. Əxlaqımızın nümunə insanlarından biri olan HZ. Əli müəllimə dəyər verərkən: “Mənə bir hərf öyrədənin köləsi olaram”buyurmuşdur.

Tariximizə nəzər salsaq, dinimizin maarifə və müəllimə nə qədər əhəmiyyət verdiyinin şahidi olarıq. Hələ İslam dini Məkkədə təqib olunarkən, müsəlmanlar Mədinəyə köçüb getmişdilər və orada gördükləri işlərdən birincisi məktəb, sonra universitet açmaq olmuşdur.
Əxlaq tariximizdə, ədəbiyyatımızda sevgili Peyğəmbərimizə aid “Mən bir müəllim olaraq göndərildim”, “Ya öyrədən ol, ya öyrənən ol, ya dinləyən ol, yaxud da bunları sevən birisi ol”, “Elm öyrənmək hər bir müsəlman üçün vacibdir” kimi hədislər vardır. Əgər dinimiz elmə, mədəniyyətə bu qədər əhəmiyyət verməsəydi, elminin dərinliyi, dünyagörüşünün genişliyi ilə bu gün dünyanı heyran qoyan Nizami, Nəsimi, Füzuli, Tusi, Cavid, Bakıxanov və onlar kimi yüzlərlə, minlərlə insanımız yetişə bilərdimi?

Müəllimlərimizin bizim üzərimizdəki haqları

Müəllimlərimizin üzərimizdəki birinci haqları bizdən hörmət görməkdir. Unutmaq olmaz ki, bu hörmət və sayqı valideynlərimizə göstərdiyimiz hörmət və sayqıdan fərqli olmamalıdır.
Müəllim sinifə girəndə ayağa qalxmalı, onlarla qarşılaşdığımız hər yerdə salam verib hörmət və qayğı göstərməliyik.

Müəllimlərimizin bizdə olan digər haqqı da onlara itaət etməmizdir. Verdikləri tapşırıqları yerinə yetirməli, nəsihətlərinə əməl etməliyik. Unutmaq lazım deyil ki, heç nə şagirdinin elmdə və tərbiyədə müvəffəqiyyəti qədər müəllimi şad etmir, şagirdinion ən kiçik müvəffəqiyyətsizliyi, hər hansı bir sual qarşısında aciz qalması, ədəb-ərkanına görə başqalarından tənbeh alması qədər də heç nə müəllimi kədərləndirmir.

Elə isə bu qayğı, bu zəhmət, bu hörmət qarşısında biz də vəzifələrimizi, müəllimlərimizin bizim üzərimizdə olan haqlarını unutmamalı, onlar qarşısında vəzifələrimizi bilməli və onlara əməl etməliyik. Buna görə də aşağıdakı vəzifələri əzbər öyrənməliyik.

Şagirdin müəllim qarşısında vəzifələri:
– müəllim sinifə girib-çıxdıqda ayağa durmaq;
– onlarla qarşılaşdığımızda salam vermək;
– ondan icazəsiz oturmamaq;
– müəllimin qarçısında ədəblə oturmaq;
– bir söz soruşmursa cavab verməmək;
– müəllimdən icazəsiz və ayağa qalxdıqdan sonra ona sual verməmək;
– müəllim yol gedərkən arxasınca düşməmək;
– sualları ilə müəllimindən bilikli olduğunu göstərməyə çalışmamaq;
– müəllimin qarşısında başqasının qulağına gizli söz söyləməmək;ə- müəllimin qarşısında az danışmaq;
– “Filankəs Siz deyənin əksini söyləmişdi” deyə müəllimə etiraz etməmək;
– müəllimin yaxınlarına və uşaqlarına hörmət etmək.

Bu gün müəllim adını daşıyan hər kəsi bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Yolunuz şərəfli olduğu qədər də çətin bir yoldur, əziz müəllimlər. Yolunuzda həmişə yaşıl işıq yansın!

 

05/10/2015 tarixində Tariximiz içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Bütün müəllimləri təbrik edirəm mən müəllim ailəsində anadan olmuşam atam fizika anam isə ibtidai sinif müəllimidir hər ikisi əməkdar müəllim olublar Düzdü hal hazırda təqaüddədilər amma onların yanında hərdən özümü elə şagırd kimi hiss edirəm Gəlinlərimiz ikisi də müəllimədir Allah bütün müəəlimlərə can sağlığı versin onlarda daxıl olmaqla

    Bəyən

  2. Mən də bütün müəllimləri təbrik edirəm, çətin və şərəfli peşələrində onlara uğurlar, səbr və əziyyətlərinin nəticəsini görmələrini arzulayıram. Canınız sağ, gözləriniz nurlu olsun, əziz müəllimlər!

    Bəyən

  3. Zəhmət çəkib bu gözəl təbriki hazırladığın üçün sənə təşəkkürümü bildirirəm, Sevinc.Sağ ol ki,müəllimlərə belə dəyər verirsən. Sənin sadaladığın vəzifələri icra edənlər azalıb, bacı.Baxmayaraq hələ də öz şagird vəzifəsini yerinə yetirənlər qismən də olsa var, vəziyyət çox acınacaqlıdır. Hər şey 90-cı illərdən o yanda qaldı…
    Siz də sağ olun qızlar-Gülüm, Sonayın maması.

    Bəyən

  4. Lap unutmuşam ey Seva, sənə də bu bayramdan pay düşür, axı sən də müəllimsən. Adama deməzlər ki, nə olsun işləmirəm,axı mən də müəlliməm, mən də bu şərəfli peşəyə yiyələnmişəm. Eh!Qocalıq…

    Bəyən

  5. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Müəllim Günü

    Bəyən

  6. Ben bir muallim olarak söylediğini her şeye katılıyorum. Çünkü eğitim ve öğretimin temel prensibi saygı ve sevgidir. Bunlar olmadan eğitim verecek ve alacak kişiler arasında bağlantı kurulamaz. Bu yazınızı çok beğendim. Biz muallimleri hatırladığınız için.

    tərəfindən bəyənildi 1 şəxs

  7. Mende butun muellim ve muellimeleri tebrik edirem.ve burdan sevdiyim ve ona vuruldugum AZADE muellimenin ad gununu tebrik edirem.ad gununuz mubarek.bilirem sizin menden zehleniz gedir.amma menim sizin menden zehleniz getdiyiniz qeder men sizi sevirem.I LOVE YOU

    tərəfindən bəyənildi 1 şəxs

    • Əzrayılın adı onsuz da üstündə idi, “qara” ləqəbi qoymağınız onu bir az da bədheybət etmədimi?))
      Müəllim günü geridə qalsa da, Azadə müəllimin qulaqları cingildədi yəqin ki.
      Bu arada, bloqa xoş gəldiniz. Hərçənd ki, əzrayıla xoş gəldin demir heç kim, amma etik qaydalara görə yazmalıyam))

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: