Bitki çaylarının zərərləri

fcpyy

Bitki çaylarının faydalarını danışdığımız qədər zərərlərini da izah etməkdə fayda vardır.

Zəncəfil çayı: Zəncəfil bir çox xəstəliyə yaxşı təsir etdiyindən bol-bol işlətməli oluruq. Qanı durultma xüsusiyyətinə malik olan və laxtalanmanın qarşısını alan bu bitki damar  tıxanıqlığına olduqca yaxşı təsir edir. Həddindən artıq qanaxma riski daşıyan yəni, qanında laxtalanması olmayan adamların bu çayı qan durulaşdırıcı dərmanlarla istifadə etdikdə yalnız bir fincan içməsi tövsiyə edilir.

Yaşıl çay: Yaşıl çayın xərçəngə qarşı böyük bir mübarizə göstərdiyini bilirik, amma təzyiq xəstəliyində yaşıl çay olduqca mənfi şəkildə təsir göstərir. Hipertoniya və ürək döyüntüsü çox olan insanlar gündə 1 fincandan çox yaşıl çay içməməlidir.

Kəklikotu çayı: Süfrəmizin əvəzolunmaz əsas ədviyyatlarından biri olan və inanılmaz bir faydası olan kəklikotu çayını içmək istəyirsinizsə 2 fincandan artıq içməyin ki, sonra təzyiqlə bağlı şikayətiniz olmasın.

Jenşen çayı: Jenşen çayı olduqca təsirli bir enerji verən bitki kimi tanınır. Bir çox faydasıyla yanaşı, olduqca ciddi zərərləri də var. Xüsusilə də təzyiq və astma xəstələri bu bitki çayını qəbul etməməlidir. Qan durulaşdırıcı təsiri olan dərmanlarla birlikdə qəbul edildikdə isə, hətta qansızmalara da səbəb ola bilər.

03/05/2015 tarixində Sağlamlıq içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. xoşbəxtlikdən heç birini istifadə etmirəm, kəklikotunu isə sevmirəm

    tərəfindən bəyənildi 1 şəxs

  2. Bir çox mənbələrdə hamı bitki çaylarının xeyrindən bəhs edir, mən də istədim ki, əks təsir haqqında da məlumatlı olaq ki, necə içəcəyimizi bilək)

    tərəfindən bəyənildi 1 şəxs

  3. Bilmirdim zərərləri olduğunu O.o hamı xeyrindən danışır elə. Sağ olun

    tərəfindən bəyənildi 1 şəxs

  4. Doğrudur, hamı faydası var deyib bitki çayına üstünlük verir, amma sonrakı fəsadlarından xəbərsiz olurlar.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: