Bloq Arxivləri

Cəmiyyətdə qadınlara münasibət – (Qadınlar mövzusunda I yazı)

image

Qanunlar ağır cəzaların tətbiqinə imkan verərsə, cinayətin qarşısını ala bilərmi? Təəssüf ki, əsrlər boyu davam edən bu səhv düşüncə günümüzə qədər gəlib çıxmış və bu gün də qadını insan kimi yox, kişinin əmlakı olaraq görən düşüncə sahibləri qalmaqdadır. Cinayətlərin əsl səbəbləri nələrdir? Onu törədənlərin ən ağır cəzaya- güllələnməyə, dar ağaçından asılmağa məhkum edilməsi, doğrudanmı, digər çinayətlərin aradan qalxmasına kömək edəcəkdir?! Əlbəttə ki, yox!
Əgər bir cəmiyyətdə cəhalət varsa, cinayətlər bitməz! Məşhur filosof Zeydan “Əxlaqın çoxaldığı yerdə dövlətin xərci azalır”- deyəndə, necə də haqlı fikir söyləmişdir. Bu yazının davamını oxu

Uşaqlara cəza verilərmi? (Uşaqlar və tərbiyə mövzusunda IV yazı)

image

Uşaqlara cəza verilməlidirmi? Bu günün uşaq tərbiyəsi mütəxəssislərinə görə buna ehtiyac yoxdur və yaxud nadir olaraq müraciət edilməlidir. Tez verilən cəza uşağı inadçı və tündxasiyyət edəcəyindən yaxşılığından çox pisliyi toxunar. İlk üç yaşda uşağa heç bir zaman cəza verilməyəcəyini hər bir valideyn bilməlidir. Əks təqdirdə, kiçik yaşından etibarən körpənizin özünü həmişə günahkar hiss etməsinə səbəb olarsınız.
Bu yazının davamını oxu

Uşaqlar şiddəti unutmurlar (Uşaqlar və tərbiyə mövzusunda III yazı)

image

Şiddət və evdəki “söz-söhbət” yaşadığımız cəmiyyət üçün heç də yad olan bir anlayış deyil. Bu, ən yaxınlarımuzda, qonşuda, hətta öz evimizdə qarşılaşa biləcəyimiz haldır. Aparılan araşdırmalar bunu sübut edib ki, göstərilən şiddətin böyük faiz göstəricisi kişilərin üzərinə düşür. Yaşadığımız problemli həyatda, göstərilən şiddətin qarşısını almağın çətin olduğu bir mühitdə daha çox zərər görən, sizcə, kimdir? Təbii ki, uşaqlar. Elə isə uşaqların mənəvi zərbə almaması və gələcəyə sağlam atılması üçün nə etməliyik?

Bu yazının davamını oxu