Bloq Arxivləri

Mən Ürəyi Ürək Kimi Saxlamadım – Zəlimxan Yaqub

image

Zəlimxan Yaqub 1950-ci il yanvar ayının 21-də Gürcustan Respublikası Bolnisi rayonunun Kəpənəkçi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin əmtəəşünaslıq şöbəsini bitirmişdir. Ədəbi fəaliyyətə 15 yaşında başlamışdır.
1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Onun yazdığı poemalar əsasında “Aşıq Ələsgər”, “Didərginlər”, “Yunus İmrə”, “Böyük ömrün dastanı”, “Qalx ayağa Azərbaycan” adlı televiziya film və verlişləri hazırlanmışdır. Bu yazının davamını oxu

Bu gecə yuxuma girmişdi Şuşa – Zəlimxan Yaqub

Susa_qalasi_AZpressAZ

 

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.
Uzadıb əlini Bakıya sarı,
“Batdıqca günaha batın!”, deyirdi.
“Vətən xainləri, yurd satqınları,
Satın Qarabağı, satın!”, deyirdi.

Canında od vardı, istilənirdi,
Şuşanın dağları çəkirdi ahı.
Seyidin qəlyanı tüstülənirdi,
Zülfi oxuyurdu “Yetim segah”ı.

Bu yazının davamını oxu