Bloq Arxivləri

Fikrin keçmişində qalarsa həm bu günün, həm də gələcəyin əllərindən uçub gedər…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 9-cu yazı)

Bu müqəddəs gündə xoş gördük hamınızı, əziz dostlar! Bu gün yenə sizin marağınıza səbəb olacaq bir xanımla tanışlıq günüdür. Mən də tanımırdım, tanıdım və çox da məmnun oldum bu tanışlığa. Belə gəncləri, bu düşüncədə xanımları gördükcə: gələcəyimizə ümidim daha da çoxalır. Çox intizarda saxlamayım sizi, buyurun, Selcan xanımla yaxından tanış olun.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.

1. Müsahibim kimdir, sizi necə tanıyaq?  Bu yazının davamını oxu

…susanda danışmadın deyə peşman, danışanda susmadın deyə məhv edən həyat… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 5-ci yazı)

imageHə, əzizlərim, yenə həftənin cümə gününə gəldik. Bu müqəddəs günü çoxumuz həsrətlə gözləyirik, müqəddəsliyi xatirinə dualarımız qəbul olsun, günahlardan təmizlənək deyə. Bəziləri də müsahibə günü kimi yadda saxlaya bilər. Gözləyər ki, görək bu gün Sevincin müsahibi kimdir görəsən?.. İçinizdə belə biriləri varsa, çox-çox təşəkkür edirəm. Gözləməyib oxuyanlara da təşəkkürüm sonsuzdur, zaman ayırdıqları üçün.

Bu gün müsahibim İnci xanımdır. Sözün düzün deyim ki, İnci xanımla yaxından tanışlığım yox idi. İnstagram səhifəmdə yazılarıma biganə qalmırdı, oxuyurdu, fikir bildirirdi. Hətta müəllifi olduğum bir şeiri öz səsi ilə öz səhifəsində səsləndirib də. Hiss edirdim ki, çox duyğusal biridir. Maraqlı gəldi mənə iç dünyası. İstədim bir qədər də yaxından tanıyım, dostlarıma da tanıdım. Sualları hazırlayıb göndərdim. Cavabları oxuyanda yanılmadığımı gördüm. Bilmirəm səbəb nədir, amma bəzi cavabları məni çox kövrəltdi…  Bu yazının davamını oxu

…qürur mənbəyim övladım varsa, mənimçün həyat budur…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 3-cü yazı)

image

Bəzən qadınlar “xoşbəxtlik nədir” sualının cavabın tapmaqda çətinlik çəkirlər. Bu sualı keçən müsahibədə mənə də ünvanlamışdılar və mən orda belə bir ifadə işlətmişdim: “İnsan xoşbəxt olmaqdan əvvəl, xoşbəxtliyin nə olduğunu dərk etməlidir”. Bu gün bu yazını oxuyanlar mənim dediyim fikrin doğruluğunun şahidi olacaqlar. Xoşbəxt bir qadınla tanışlıq günüdür bu gün. Mətanət xanım savadlı, ziyalı, dünyagörüşlü olması ilə yanaşı həm də xoşbəxtdir. Bu müsahibə məni də qismən xoşbəxt etdi. Çünki bir qadının xoşbəxt olduğunu görmək həyatın davamlılığı üçün bir vəsilə deməkdir. Bəli, dünya o zaman gözəldir ki, orada yaşayan qadınlar xoşbəxtdirlər. Bütün qadınlara layiq olduqları xoşbəxtliyi gecikmədən dadmaq diləyi ilə, sizi müsahibimlə baş-başa buraxıram…  Bu yazının davamını oxu

Sirr saxlayan biri deyiləm, sirri dəfn edən biriyəm…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 1-ci yazı)

image

Mən yenə gəldim. Getməmişdim, yox, sadəcə sizin sevimli layihənizlə yenidən sizinləyəm. Sözün düzü, keçən dəfəki müsahibəni bitirdikdən sonra heç gümanım yox idi ki, nə vaxtsa yenidən belə bir layihəyə təkrar başlaya bilərəm. İzləyən dostlar bilirlər ki, keçən dəfə 30 müsahibdən, çox maraqlı müsahibələr götürmüşdüm və çox rəğbət hissi ilə də qarşılanmışdı. Bunu dəfələrlə aldığım təşəkkürlər sübut edib. Həm çətin və həm də məsuliyyətli olan bu işin altına yenidən girməyimə səbəb, mənimçün dəyərli olan insanların keçən dəfə bu müsahibədə iştirak etməməsi oldu. İnanıram ki, bu dəfə də hamınız üçün yeni dostlar qazandırmağa nail olacam.  Bu yazının davamını oxu