Bloq Arxivləri

Yel Çərşənbəniz Mübarək

image

Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Müasir zamanımızda isə Yel çərşənbəsi xalqın arasında Külək çərşənbəsi kimi də çağrılır.
Əlbəttə yelin insanların düşüncəsində havanın mənasını kəsb edir və insanların həyatın yaranışından etibarən onunla nəfəs aldığını vurğulayır. Lakin bəzən sadəcə yel, külək kimi də mənalandıran tədqiqatçılar olmuşdur. Baharın gəlişi ilə havaların dəyişməsi, durmadan həzin küləklərin və mehlərin olması insan aləmində də müxatəlif dəyişikliklərə yol açır. Xüsusən rayonlarda və kəndlərdə yaşayan insanların əkin – biçinində, onların zəmilərində həzin küləklərin olması torpağın yavaş – yavaş oyanmasına işarədir.  Bu yazının davamını oxu