Bloq Arxivləri

Tənha qalmış pişik balası

Soyuq da həsrət kimidir, xəbər etmədən gələr, insanın iliyinədək işləyər həm də… Yox, bu günkü qəhrəmanım insan deyil. Bu gün pişik balasından danışacam. Xoşbəxtliyin sevincini doyunca dadmadan tənha buraxılan pişik balasından…
…ayağını zorla sürüyərək gəzirdi, o tindən bu tinə, bu tindən o tinə. Gücü, taqəti bitmişdi, içindəki qorxu onu acizləşdirib ürkək etmişdi. Qarşısına çıxan hər şeydən qorxur, bir qaraltı görən kimi sığınmağa yer axtarırdı.
Gecə yarısı, yenə ac, yenə tək, yenə aciz…başqa yolu yoxdu, ölmək və hər şeydən birdəfəlik qurtulmaq. Başını aşağı salıb mərkəzi küçəylə hara gedəcəyini özü də bilmədən yola çıxdı. Ürəyi qorxudan az qala yerindən çıxacaqdı. Yaxınlıqdan gah özündən razı pişiklərin qorxunc səsi, gah tək-tək də olsa hərəkət edən maşınların əyləc səsi eşidilir, göydən isə sulu qar qarışıq tökülən yağışın küləyə qarışmış soyuqluğu yağırdı… Amma pişik balası bu dəfə inadlı idi, qorxmadan ölümə doğru gedirdi. Yolun tən ortası ilə, nə səkiyə çıxır, nə də əvvəllər olduğu kimi üzünə düşən gur avtomobil işığından ürküb kənara qaçırdı.  Bu yazının davamını oxu