Bloq Arxivləri

Xoşbəxtlik yolunda faciə

image

Şadlıq evindən bir başa evə gəlib otağına keçdi. Ardınca evə tələsən anasına nəyisə izah etməyə gücü yox idi. Heç bir qorxu hissi keçirmirdi. Bütün bədəni kimi beyni, düşüncələri də keyləşmişdi sanki. Bir az əvvəl yaşadıqlarını qorxulu filmi kənardan seyr edərcəsinə sakitlik vardı içində. Otağına keçib paltar şkafını açdı. Nə isə axtarırdı. Əlinə keçən qalın kəndiri götürüb qonşu otağa keçdi. O, bunu edəcəkdi. Yaşamağa nə haqqı, nə də artıq səbəbi qalmamışdı…

…Elyanı çox sevirdi. Qız da ona biganə deyildi. İstər maddi vəziyyəti, istər təhsili Elyadan çox-çox aşağı olsa da getdikcə dərinləşən münasibətləri bu fərqi görünməz edirdi. Qısa müddətdə bir-birinə bağlanan gənclər vaxt itirmədən yeni həyata başlamaq istəyirdilər. Təbii ki, ailə xeyir duası ilə…  Bu yazının davamını oxu

Sevgimizin rəmzi mələk

image

 

Dünyanın bəxtəvəriyəm bu gün…çox xoşbəxtəm həm də…uzun illərdən sonra sənlə görüş günümüzdür…Birdən gözüm divardakı saatın əqrəblərinə sataşdı. Lap az qalıb ki..mənsə hələ heç yatağımdan qalxmamışam. Yadıma salmağa çalışıram, nələr edəcəydim, ilk nədən başlamalıydım…ehh, əllərim əsir, bu nədi heç bu qədər həyacanlı olmamışdım…Yadıma düşdü… səndən mənə ən dəyərli hədiyyəni götürməliyəm bu gün…Orta məktəbin son sinfindəydik utana-utana mənə bükülü bir kağız uzatmışdın… Bu yazının davamını oxu

Həyat yoldaşınızı anlasanız hər zaman xoşbəxt olursunuz

1429513724_a1

Həyat yoldaşınızın sizə qarşı münasibəti necədir? Sizinlə soyuq və aralı davranırmı?

Uzun müddətdir ki, ünsiyyət quracaq, əlaqə yaradacaq istəyi belə görünmür, hə? Əgər belədirsə, bu, ciddi bir problemdir və aradan qaldırılması üçün də ciddi səylər lazımdır.

Aydın həqiqətdir və həyat göstərir ki, kişi və qadın arasında problemlərin əksəriyyəti ona görə yaranır ki, onlar müxtəlif adamlardır, hətta, obrazlı olaraq deyirlər ki, kişi Marsdan, qadıln Veneradandır, yəni onlar müxtəlif planetlərdəndir. Bu isə ona gətirib çıxarır ki, bəzən ailə qurana qədər hər dəqiqə qovuşmağa can atan, bütün əlaqə bağları ilə özlərini bir-birlərinə bağlamaq istəyən iki gənc evliliklərindən çox da keçməmiş hərə öz planetinə qayıtmaq istəyir: laqeydlik, süstlük, duyğusuzluq getdikcə adi hala çevrilir və məntiqi olaraq böyük ayrılığa aparır.
Belə məqamlarda çox həssas və anlayışlı olmaq lazımdır. Bir sevginin memarları zaman keçdikdən sonra öz əlləri ilə qurduqları sevgi sarayının gündə uçan hər kərpici üçün narahat olmalı, sevgilərinə içdikləri sədaqət andına sahib çıxmalıdırlar.
Sədaqətsizlik bir ailənin başına gələcək ən pis şeydir.  Bu yazının davamını oxu