Bloq Arxivləri

Xəyanət yoldaşlıq zəncirini qaraldar, lakin vəfa onu hər zamankindən parlaq edər

image

Bu gün iki mövzu ətrafında fikirlərimi bölüşmək istəyirəm. Xəyanət və qısqanclıq. Kişilərin xəyanətindən başlayıb, qadın qısqanclığı ilə mövzunu yekunlaşdıracam.
Xəyanətin müxtəlif növləri olsa da adını eşidəndə hər kəsin üzündə eyni – narazılıq və qəbul etməmək ifadəsi yaranır. Nədir xəyanət? Niyə insanlar xəyanət edirlər?
Xəyanətin növləri oldğu kimi haqq edilən və haqq edilməyən xəyanətlər də var. Haqq edilməyən xəyanəti yox, haqq ediləni müzakirə etmək istəyirəm. Bəlkə mənlə razılaşmayan xanımlarımız olacaq, məni qınaya da bilərsiniz ki, adı xəyanət olan bir hissə necə haqq qazandıra bilərsiniz ki? İndi mən sizə həyati bir misal çəkim, siz qərarı o zaman verin.  Bu yazının davamını oxu

Ürəyinizdə bu xəyanətin izi qalsa belə, bağışlamağı bacarın…

image

Bir çox cütlüklərin kabusuna çevrilən xəyanət artıq geniş şəkildə araşdırmalara səbəb olub. Araşdırmalarda “Kişi və qadın nədən bir-birini aldadır və necə aldadır”, “Hansı vəziyyətlərdən yoldaşınız və ya sevgiliniz şübhələnə bilər və bu halda siz necə davranmalısınız” kimi suallara cavab tapmağa cəhd edilir. Texnikanın inkişafı demək olar ki, xəyanətin “yollarını” daha da asanlaşdırıb desək, yanılmarıq. Məsələn, kimsə telefonuna gizli gələn zəngi və ya mesajı silməyi unudub, bu, haqlı olaraq şübhə toxumlarının cücərməsinə səbəb ola bilər. Bu yazının davamını oxu