Bloq Arxivləri

Valideyn sevgisi

image Ailə cəmiyyətin kiçik formasıdır. O, nə qədər möhkəm olsa, onun üzvləri arasında bir-birlərinə qarşı sevgi, sayqı, qayğı nə qədər çox olsa, cəmiyyət də bir o qədər güclü və xoşbəxt olar.

Əcdadlarımızın əxlaqında valideynə münasibət.
Xalqımızdakı valideyn sevgisinin, valideynə hörmət və sayqının kökləri çox-çox qədimlərə dayanır. Əcdadlarımız valideyn sevgisinə və onlara itaətə böyük əhəmiyyət verirdilər. Tarixən valideynə sevgi, hörmət göstərməyən, onların bir sözünü iki edən övlad cəmiyyət içərisində heç bir hörmət görməzmiş. Əsrlər boyunca bu tərbiyə nəsildən-nəslə verilmiş, hər bir ailədə başlıca yer tutmuşdur. Başqa cür ola da bilməzdi, valideynin haqqını bilməyən insan nə Vətəninin, nə torpağının, nə qohum-qardaşının, nə də dost-tanışının qədrini bilməz.
Valideynə bu münasibət onların sahib olduqları əxlaqdan qaynaqlanırdı, bu əxlaq isə öyrədir ki, valideynə itaət etmək, onların qulluğunda durmaq Allaha şərik qoşmamaq, ona itaət etmək qədər əhəmiyyətlidir. Bu yazının davamını oxu

Sevgi nədir

image

İstək

Elm sübut edir ki, insanda orta hesabla mindən çox duyğu hissi vardır. Bu qədər duyğu hissləri arasında istək, sevgi və şəfqət əsas yer tutur. Bu hisslər Allahın insan qəlbinə qoyduğu əvəzsiz bir nemətdir. Bir əxlaq alimi bu barədə belə deyirdi: “Əgər Allah istədiklərinizi verməz olsaydı, sizə heç istəmək hissini də verməzdi.”
İstək və sevgi həm anadangəlmə, həm də sonradan qazanılan olur. Məsələn, valideyndəki övlad hissi anadangəlmə sevgiyə misal ola bilər. Diqqət yetirsək, şüursuz canlılarda da istək, sevgi, şəfqət hissinin olduğunu görərik. Bir bitkinin özünün həyatını davam etdirməsi, yaşaması, boy atması üçün torpaqdan, havadan müəyyən şeylər istəyir. Bu yazının davamını oxu