Bloq Arxivləri

Uşaq ensiklopediyası (XXIV)

image

Vətən

Bu söz bizim hamımıza çox əzizdir. Vətən təkcə doğulduğumuz yer deyil. Bu ucsuz-bucaqsız gözəl ölkəmiz – Azərbaycanımızdır.

Vətən və ya “Ana vətən” insanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olaraq əldə edilən emosional hisslər. Vətənə bağlılıq insanlarda vətənpərvərliklə səciyyələndirilir.

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.  Bu yazının davamını oxu

Tapdaq altda qalan yurdum…

1368162991_lacaaTarixi keçmişi çox qədimlərə dayanan Laçın rayonu bu gün mənfur qonşularımız və qatı düşmənimiz tərəfindən talan olub.  Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Azərbaycanın Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi əsasən dağlıq relyefdən ibarətdir. Laçın rayonu ən yüksək dağ rayonlarından biridir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 3594 m yüksəklikdə yerləşən Qızılboğaz dağıdır. Ərazidə narzan tipli bulaqlar, çoxlu miqdarda müxtəlif tikinti materialları, yataqları vardır…Bu cür məlumatları çox yazmaq olar, lakin bu gün bizi düşündürən başqa bir mövzudur. Bu gün Laçın düşmən tapdağında inildəyir, yaralı aslan kimi nərə çəkir…lakin nə hayına hay verən, nə də imdadına çatan var. Laçının işğalı erməni silahlı qüvvələri üçün bayrama çevrildi. Laçın rayonu erməni birləşmiş qüvvələri üçün strateji əhəmiyyətli bir rayon idi. Bu arzularına çatdılar, 18 may 1992-ci ildə Laçını ələ keçirib talan etdilər…

Bu yazının davamını oxu