Bloq Arxivləri

Uşaq ensiklopediyası (XXVI)

image

Vitaminlər 

Siz heç sinqa xəstəliyi haqqında eşitmisiniz? Bu xəstəlik gəmilərdə gözlənilmədən baş verirdi. Adamların dişlərinin əti qanayır, dişlərin özü isə laxlayırdı. Dənizçilər zəifləyir və tamamilə gücdın düşürdülər. Sinqadan ölənlərin sayı gəmi qəzalarında həlak olanlardan çox idi.

      İndi biz bilirik ki, bunun çox asan çarəsi var. Sadəcə olaraq dənizçilər özləri ilə səfərə bir neçə qutu C vitamini götürməli idilər. Əlbəttə, XXI əsrdə bu cür fikirləşmək çox asandır. 300 il bundan qabaq isə heç həkimlər də bilmirdilər ki, sinqa xəstəliyi qidada C vitamininin çatışmaması nəticəsində baş verir. Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (XXV)

image

Vidadi Molla Vəli Məhəmməd oğlu

            (təqr. 1709 – 1809)

Uşaqlar, yəqin ki, siz baba-nənələrinizdən, yaxud ata-analarınızdan eşitmisiniz: səni görüm yüz yaşayasan!

Bu o deməkdir ki, ömrün uzun olsun. Məşhur Azərbaycan şairlərindən olan Molla Vəli Vidadi də uzun ömür sürmüş, təqribən yüz il yaşamışdır. Onun həyatı haqqında məlumat azdır. Bunu bilirik ki, o, Şəmkirdə doğulmuş, burada oxumuş, ayrı-ayrı vaxtlarda Şıxlı kəndində, Qarabağda yaşamış, sonradan yenə Şıxlıya qayıdıb, həyatının axırınadək orada ömür sürmüşdür. Qəbri də Şıxlıda, Gəmiqaya adlanan yerdədir.  Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (XXIII)

image

Venera

Bəzən səhərlər dan yeri söküləndə, ya da axşamlar gün batanda göydə çox parlaq bir ulduz görünür. Bu, Veneradır. Qədim astronomlar bu ulduzu Romada gözəllik və məhəbbət ilahəsi sayılan Veneranın şərəfinə belə adlandırmışlar. Şərqdə bu ulduza Zöhrə ulduzu, Dan ulduzu da deyilir.

Əslində Venera ulduz deyil, planetdir. O da bizim Yer kürəsi kimi Günəşin peykidir. Ulduzlar isə bizdən çox-çox uzaqda yerləşən günəşdirlər və onların da ətrafında, yəqin ki, öz planetləri dövr edir.  Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (XXI)

image

Bülbül

Murtuza Məşədi Rza oğlu Məmmədov

(1897-1961)

   1897-ci il iyunun 22-də Şuşa yaxınlığındakı Xanbağı adlı yerdə bir uşaq doğuldu. Anası Gövhər aylı gecədə dünyaya gəlmiş oğlunu Aydınlıq çağırdı. Atası Məşədi Rza isə onu Murtuza adlandırdı. Murtuza lap kiçik yaşlarından mahnı oxumağa həvəskar idi. O, bəzən saatlarla bülbüllərin cəh-cəhinə qulaq asar və qəribə də olsa, onları çox gözəl yamsılayardı. Səkkiz-doqquz yaşlarından artıq hamı onu Bülbül deyə çağırırdı. Bülbül 1907-ci ildə ilk dəfə dini tamaşada yetim qız rolunda oynamış, sonra bir neçə il müxtəlif şəhərlərdə oxuyaraq çörəkpulu qazanmışdı. Onun teatr səhnəsində ilk çıxışı isə 1916-cı ildə Gəncədə olmuşdur.  Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (XIX)

image

Böyük Britaniya
(Böyük Britaniya və Şimali
 
İrlandiya Birləşmiş Krallığı)

 

Böyük Britaniya dövləti Atlantik okeanında, Avropa sahilləri yaxınlığındakı Britaniya adalarında yerləşir. Britaniya adaları Avropada ən geniş ada qrupudur. Bu qrupa iki Böyük ada – Böyük Britaniya və İrlandiya adaları, 5 min kiçik ada daxildir. Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.
Ərazisi çox da böyük olmayan bu ölkədə əhali çox sıxdır. Ölkə əhalisinin 45 milyonu ingilislərdir. Böyük Britaniyanın ən böyük və sıx əhalisi olan hissəsi İngiltərədir. Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (XVIII)

image

Boks

Boksçunun zərbəsi neçə kiloqrama bərabərdir? Bunu dəqiq müəyyənləşdirmək olar. Boksçu xüsusi cihazın dəri örtüyünə zərbə endirir. Bu vaxt yay sıxılır, cihazın əqrəbi isə yayı sıxan qüvvəni göstərir. 
Boksla məşğul olmayan adamın zərbəsinin ağırlığı 60-80 kiloqramdır. İki idmançı arasında xüsusi qəbul edilmiş qaydalar üzrə keçirilən bu idman yarışını qədim dövrlərdə Şərq ölkələrində, sonralar Qədim Yunanıstanda təsadüf olunmuşdur. Lakin qədimdə idmançılar əlcəksiz vuruşurdular. 1867-ci ildə İngiltərədə əlcəklə boks yarışları keçirmək qaydaları təsdiq edildi.  Bu yazının davamını oxu

Uşaq ensiklopediya (XVII)

image

Biruni (973 – 1048)


Şamın solğun şüaları ölüm yatağında son dəqiqələrini keçirən müdrik qocanın bəyaz sifətini işıqlandırırdı. Sinəsi qalxıb-enir, geniş açılmış gözlərindəki həyat qığılcımları sönürdü. Lakin bir neçə gün əvvəl bəzi elmi məsələlər barədə onunla mübahisə edən dostunu başı üstündə gördükdə qoca sanki yenidən cana gəldi, zəif səslə ondan nəyi isə soruşdu. Dostu xəstəni narahat etməməsi üçün susurdu. Qoca yenidən üzünü ona tutdu: – “Məgər mənim bu məsələni bilərək dünyanı tərk etməyim, bilməməyimdən daha yaxşı olmazmı?”. Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (XVI)

image
Bildirçin

Tarla və çöllərimizdə belində qonur, tünd və açıq rəgli xalları olan balaca quşlara tez-tez rast gəlirik. Bunlar bildirçinlərdir. Çinədanının üstü kürəndir. Bildirçin ağaca qonmur, yüksəkdə uçmur, həmişə yerdə gəzməyi sevir. Sıx otlar arasında gizli-gizli gəzdiyinə görə onu görmək çətindir. Uçanda elə bil lap adamın ayağı altından qalxır, çox qısa məsafədə alçaqdan uçur və yenə də otların üstünə qonur. Payız gələndə erkəklərinin boynundakı tüklər qonurlaşır və ağarır. Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (XV)

fft18_mf6396030

Lüdvig van Bethoven (1770 – 1827)

Vyana sakinləri üzü küləkdən sərtləşmiş, saçları dağınıq, enlikürək bu adamı yaxşı tanıyırlar. O, hər gün hər cür havada evdən çıxır. Səmanı görmək, açıqlığı hiss etmək ona musiqi yazmaq qədər vacibdir. O, iti addımlarla qala divarı boyu yeriyir, alçaqdan ötüb keçən buludlara baxır, ağacların küləkdən əyilməsini, quşların narahatlıqla uçmasını görür, lakin küləyin səsini və quşların çığırtısını eşitmir. Bethoven kardır.
Bu bədbəxtlik baş verəndə dahi alman bəstəkarı Bethoven artıq məşhur pianoçu və bəstəkar idi. Onun “Patetik” və “Ay” sonataları dərin hisslər, coşğun ruh yüksəkliyi aşılayırdı. Bethoven Fransa inqilabının ideyaları, azadlıq, bərabərlik, qardaşlıq şüarlarından ilham alırdı. Onun böyük fikirləri vardı. Belə bir vaxtda ona musiqiçi üçün ən dəhşətli bir fəlakət üz verdi. Bethoven kar oldu. Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (XIII)

image

Bahar Bayramı

Azərbaycanlılar lap qədimlərdən yazın – novruzun (yeni ilin) gəlişini, təsərrüfat, əkin-biçin işlərinin başlanmasını böyük şənliklə qarşılayır, bayram edirlər. Dədə Qorquddan Füzuliyə, Vidadiyə, Sabirə, Səməd Vurğuna qədər bütün ozan və şairlərimiz, bütün xalqımız baharı fərəh və sevinclə qarşılamış və qarşılayırlar:

Gəl, gəl a yaz günləri!
İlin əziz günləri!

Baharın gəlişi əkinçilik işlərinin başlanması deməkdir. Sanki yaşıllığı tələsdirmək arzusu ilə boşqablarda, məcmiyələrdə səməni göyərdirlər. Səməni yazın gəlməsinin, təbiətin canlanmasının əkinçiliyin rəmzidir. Bu yazının davamını oxu