Bloq Arxivləri

Aşiq olmaq sağlamlıqdırsa, sağlamlıq da sevgidir


Hər birinizi xoş gördüm, dəyərli dostlarım. Yazılarımın arasında fasilələr uzun çəkir, bilirəm. Amma bunu da bilirəm ki, məni yaxşı tanıyan dostlarım bunu məsuliyyətsizliyimə yozmurlar. Burada deyiblər: “Anlayana can qurban”…

Hə, əzizlərim, bu gün maraqlı bir yazı təqdim edəcəyəm. İnternetdən təsadüfi axtarış nəticəsində qarşıma çıxdı. Əvvəlcə məhz bu tarixdə dərc etməyim deyə əl saxladım. Sonra fikirləşdim ki, yazı dərc etmək üçün bir fürsət düşüb əlimə, bunu da bada verməyim. Axı mən də darıxıram həm sizin üçün, həm də yazmaq üçün…  Bu yazının davamını oxu

Sağlam ürək üçün məsləhətlər

image

Sağlam bir orqanizmə sahib olmaq üçün sağlam ürəyin olması çox vacib şərtlərdən biridir. Yaxşı, gəlin görək ürək sağlamlığımızı qorumaq üçün nələrə diqqət eməmiz lazım olduğunu bilirikmi? Qeyd edim ki, aşağıda məsləhət görülənlərin əksəriyyəti qadınlar üçün nəzərdə tutulub.
Gecə altı saatdan az yatan insanlar, yeddi-səkkiz saat yatanlarla müqayisədə iki qat daha çox ürək xəstəliyi riski altındadırlar. Yuxu insulin fəaliyyətinin təşkil edilməsinə kömək edir. Az yuxu hüceyrələrinizin insulinə qarşı daha müqavimətli olmasına gətirib çıxarar, bu da qan şəkərinin yüksəlməsi, çəkinin artması və ürək xəstəliklərinə səbəb ola bilər. Bu yazının davamını oxu