Bloq Arxivləri

Çərkəz toy adətləri (II)

image

Toya hazırlıq

Nikahdan sonra qız ata evində bir il və ya daha çox qalmalıdır. Bu müddət ərzində cehiz və gələcək qohumlar üçün hədiyyələr hazırlanar. Bu dönəmdə gənc xalalar, bibilər, qonşu qadınlar nişanlı qıza yeni ailəsində necə davranmaq lazım olduğunu, həyat yoldaşının, yaşlı insanların qarşısında necə davranmalı olduğunu öyrədirlər. 
Nişanlı qız qohumların və yaxın qonşuların toylarından savayı, digər heç bir toyda iştirak etməməlidir. Qatıldığı məclisdə isə özünü ancaq izləyici kimi aparmalıdır. Bu yazının davamını oxu

Özbək toy adətləri (I)

1416856669_image

Özbək türklərində qız bəyənmə bölgələrə görə fərqlidir. Bir bölgədə elçilik üçün kişilər gedirsə, digər bölgədə bu vəzifəni qadınlar icra edir.
Elçi gedən qadın qız evində söhbətə başlarkən: “sizdə bir çiçək var, bizdə də bir bülbül var, bunları qovuşduraqmı?” və ya “sizin bağınızda bir gül açmış, biz də onu dərməyə gəldik” deyər.
Oğlan evi qız evinə gələrkən meyvələrlə, şirniyyatlarla bəzənmiş, qırmızı bağlanmış bir ağac parçası gətirib, qız evinin bağçasına qoyarlar.
Özbəklərdə qız evinə, qız istəmək üçün bir neçə dəfə gələrlər. Birinci gəlişdə oğlan evinə dəqiq söz deyilməz. İkinci gəlişdə oğlan evi hədiyyələr gətirər, qız evi hədiyyələri qəbul edərsə, cavablarının müsbət olduğu deməkdir. Bu əsnada oğlan qıza çiçək, şirniyyat hədiyyə verir, qız bunları alırsa, razılığı var deməkdir.

Bu yazının davamını oxu