Bloq Arxivləri

“Kaş ki” dediyim səhifələr var, amma silmək imkansızdır…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 6-cı yazı)

image

Cüməniz mübarək, dostlar. Bir həftə beləcə gəlib keçdi, yenə tanışlıq zamanı çatdı. Bu günkü müsahibim şagirdlərinin sevimli müəlimi, ürəyi yurd həsrətli Fədayə Əsgərovadır.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Çox düşündüm özümü necə təqdim edim və mənə elə gəlir ki, bir cümlə yetərlidir. Qarabağın gözəl təbiətini öz ruhunda əks etdirən sadə bir vətəndaş.
2. Uşaqlarınıza dərhal oxumağı öyrətməyin. Onlara oxuduqlarına sual verməyi öyrədin. Sonra hər şeyə sual verməyi öyrədin. (Corc Karlin). Çətin bir peşənin sahibisiniz, uşaqlarla işləmək sizi yormur ki?  
– Uşaqlarla işləmək böyüklərlə işləməkdən rahatdır. Uşaqların gözlərinə baxanda nə qədər saf, səmimi, günahsız olduqları hiss olunur. Onlar səhv etsələr belə bilərkdən etmirlər.  Bu yazının davamını oxu

…susanda danışmadın deyə peşman, danışanda susmadın deyə məhv edən həyat… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 5-ci yazı)

imageHə, əzizlərim, yenə həftənin cümə gününə gəldik. Bu müqəddəs günü çoxumuz həsrətlə gözləyirik, müqəddəsliyi xatirinə dualarımız qəbul olsun, günahlardan təmizlənək deyə. Bəziləri də müsahibə günü kimi yadda saxlaya bilər. Gözləyər ki, görək bu gün Sevincin müsahibi kimdir görəsən?.. İçinizdə belə biriləri varsa, çox-çox təşəkkür edirəm. Gözləməyib oxuyanlara da təşəkkürüm sonsuzdur, zaman ayırdıqları üçün.

Bu gün müsahibim İnci xanımdır. Sözün düzün deyim ki, İnci xanımla yaxından tanışlığım yox idi. İnstagram səhifəmdə yazılarıma biganə qalmırdı, oxuyurdu, fikir bildirirdi. Hətta müəllifi olduğum bir şeiri öz səsi ilə öz səhifəsində səsləndirib də. Hiss edirdim ki, çox duyğusal biridir. Maraqlı gəldi mənə iç dünyası. İstədim bir qədər də yaxından tanıyım, dostlarıma da tanıdım. Sualları hazırlayıb göndərdim. Cavabları oxuyanda yanılmadığımı gördüm. Bilmirəm səbəb nədir, amma bəzi cavabları məni çox kövrəltdi…  Bu yazının davamını oxu

…sadəyəm, amma sadəlövh deyiləm…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 4-cü yazı)

image

Bu günkü müsahibim yenə də instagram dostlarımızdandır. İstifadəçi adı “Günəşə doğru”dur. Mən hörmətli oxucularıma “Günəş” adlı bir dəyərli xanımı təqdim etmişdim və əksəriyyət bu xanımdan çox-çox razı qalmışdı. İndi də Günəş xanımı özlərinə böyük hesab edib məsləhətlərindən yararlanırlar. İnşAllah bu günkü müsahibim də öz fikirləri ilə ətrafa günəş kimi saçmağı bacaracaq. Və inanıram ki, inşAllah gənclərimizə örnək olacaq biri kimi də seviləcək.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Təqaüddə olan bir müəllimə, övladlarını sevən bir ana, nəvəsini sevən bir nənə var, Qazıyeva Kəmalə – həyatı sevən bir insan….  Bu yazının davamını oxu

…qürur mənbəyim övladım varsa, mənimçün həyat budur…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 3-cü yazı)

image

Bəzən qadınlar “xoşbəxtlik nədir” sualının cavabın tapmaqda çətinlik çəkirlər. Bu sualı keçən müsahibədə mənə də ünvanlamışdılar və mən orda belə bir ifadə işlətmişdim: “İnsan xoşbəxt olmaqdan əvvəl, xoşbəxtliyin nə olduğunu dərk etməlidir”. Bu gün bu yazını oxuyanlar mənim dediyim fikrin doğruluğunun şahidi olacaqlar. Xoşbəxt bir qadınla tanışlıq günüdür bu gün. Mətanət xanım savadlı, ziyalı, dünyagörüşlü olması ilə yanaşı həm də xoşbəxtdir. Bu müsahibə məni də qismən xoşbəxt etdi. Çünki bir qadının xoşbəxt olduğunu görmək həyatın davamlılığı üçün bir vəsilə deməkdir. Bəli, dünya o zaman gözəldir ki, orada yaşayan qadınlar xoşbəxtdirlər. Bütün qadınlara layiq olduqları xoşbəxtliyi gecikmədən dadmaq diləyi ilə, sizi müsahibimlə baş-başa buraxıram…  Bu yazının davamını oxu

…kadını bir güç kaynağı değilde gücün bir parçası olarak görmeliyiz…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 2-ci yazı)

image

Bəzi yazarlar var ki, kitab yazarlar, amma nə bir cümləsi yaddaşda qalar, nə də sonadək oxumağa marağın olar. Amma bəzi yazılar var ki, yazan yazar olmaz, lakin oxuduqca oxumaq istəyərsən. İçdən gələr çünki, həyati hisslər, yaşanmış haidisələr olar anlatdıqları. Həm də o qədər təsirli qələmə almış olarlar ki, təkcə oxumaqla qalmaz, fikir bildirmək də istəyərsən. Bu günkü müsahibimdə də məhz bu keyfiyyətlər cəm olub. Uzun yazılarını görmədim, amma oxumadan keçmədiyim, biganə qalmadığım yazısı da olmadı. Özü haqqında elə özü danışacaq. Buyurun tanış olun, qonağımız qardaş ölkənin nümayəndəsi, bloq izləyicim və həm də mənim sevərək izlədiyim Cənapbəydir.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.

1. Müsahibim kimdir, sizi necə tanıyaq?  Bu yazının davamını oxu

Sirr saxlayan biri deyiləm, sirri dəfn edən biriyəm…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 1-ci yazı)

image

Mən yenə gəldim. Getməmişdim, yox, sadəcə sizin sevimli layihənizlə yenidən sizinləyəm. Sözün düzü, keçən dəfəki müsahibəni bitirdikdən sonra heç gümanım yox idi ki, nə vaxtsa yenidən belə bir layihəyə təkrar başlaya bilərəm. İzləyən dostlar bilirlər ki, keçən dəfə 30 müsahibdən, çox maraqlı müsahibələr götürmüşdüm və çox rəğbət hissi ilə də qarşılanmışdı. Bunu dəfələrlə aldığım təşəkkürlər sübut edib. Həm çətin və həm də məsuliyyətli olan bu işin altına yenidən girməyimə səbəb, mənimçün dəyərli olan insanların keçən dəfə bu müsahibədə iştirak etməməsi oldu. İnanıram ki, bu dəfə də hamınız üçün yeni dostlar qazandırmağa nail olacam.  Bu yazının davamını oxu

Qarabağda Günəş dogmur illərdi…

image

Hə, əzizlərim! Bu da maraqla gözlədiyiniz gün. İndi də mənim sizin sualları cavablandırmaq zamanımdır. Amma bir qədər ədalətsiz davranmışam deyəsən. Mən hər birinizə 30 sual vermişəm, sizdənsə cəmi 1 sual almışam. Amma nəticə etibarı ilə mən də 30 suala cavab vermişəm, yəqin günahımdan keçərsiniz.

İlk sualım sizə “özünüzü təqdim edin” olardı. Bu sualı mənə verən olmadığı üçün bu sualı da özüm özümə vermiş olum. Kiməm mən? – Yaşım 40-ı çox az keçsə də, ürəyim 140 yaşındadır, amma içimdə daima gəncliyin bir parçası var, istəyən onu kəşf etməyi bacaracaq. Uşaqla uşaq, böyüklə böyük olmağı bilən biriyəm.  Nə qaraqabağam, nə də yersiz zarafatı sevən biriyəm. Mənimçün hər şey öz ölçüsündə olmalıdır. Sevimli övlad, mehriban bacı, qayğıkeş həyat yoldaşı, övladları üçün canını fəda edən biri. Dostluqda sədaqətli, sevgidə sadiq, münasibətlərdə səmimiyəm. Allahını sevən, möcüzəyə ancaq ONUN qadir olduğuna inan bir bəndəyəm. Və bir də gələcək nəvələri üçün çox sevimli və şirin bir nənə olacam, Allahın izni ilə…bu mənəm ☺️   Bu yazının davamını oxu

Mən son nəfəsimə qədər nəvələrimi sevəcəyəm…(Tanımadığımız tanışlar silsiləsindən XXX yaz

image

Müsahiblərimlə tanışlığın son gününə gəldik. Bu gün çoxumuzun tanıdığımız, ağsaqqal kimi hörmət etdiyimiz Akif müəllimlə bir daha yaxından tanış olacayıq. Əslində tanıyanların çoxu yaxından tanışdırlar, amma bəzi suallar bilmədiyimiz tərəfləri də açmağa yardımçı olacaq deyə, müsahibəni sona qədər  oxumağınızı tövsiyyə edirəm. Bu qədər sevimli nənələri tanıtdım, bir sevimli baba da olmalıydı axı ☺️  Bu yazının davamını oxu

…keçmişdəkilər üçün hərdən elə darıxıram ki… (Tanımadığımız tanışlar silsiləsindən XXIX yazı)

image

Müsahibənin sonuna yaxınlaşdıq demək olar. Baxıram ki, hamı maraqla sonu gözləyir. Elə ona görə də sizi intizarda qoymayacağam. Bu gün çərşənbə axşamıdır və mən cümə gününü də gözləməyəcəyəm. Elə bu gündən iki müsahibəni və mənim müsahiblərimə cavabımı gündəlik olaraq dərc edib paylaşacağam. Niyəsə, içimdən belə etmək gəldi…

Bu həftə məni tanıyan dostlar üçün sürpriz bir həftə olacaq. İlk sürpriz müsahibim, mənim illərdir dostluq etdiyim Səadət (Sada) xanımdır. Səadəti uzun-uzadı tanıtmağa ehtiyac görmürəm. Bir tək onu deyim ki, uzun müddət üzürlü səbəbdən ayrılsaq da, dostluğumuzu yaradan bağlar qırılmadı, əksinə möhkəmləndi. Və mənimçün əziz birinə çevrildi. Səbəbini bilmirəm, amma son zamanlardı kimi ürəyimə daha yaxın buraxıramsa, ya xəstəlik mənlə ədavətə girir, ya da səbəbsiz incimələr, küsmələr, nə bilim nələr, həmin şəxsi uzaqlaşdırmağa çalışır məndən. Amma buna baxmayaraq mənim bir tək diləyim var: sağlam olun, xoşbəxt olun, bu mənə yeter… Bu yazının davamını oxu

Ən böyük obraz Ana obrazıdır mənimcün… (Tanımadığımız tanışlar silsiləsindən XXVIII yazı)

image

Mehriban xanım, icazənizlə sizə etdiyim etirafı dostlarıma da edim. Əziz dostlar, mən müsahibə gününə qədər Mehriban xanımı cavan bir qız bilirdim. Özünü təqdim edəndə çox təəccübləndim. Həmin an da İrinka yadıma düşdü. Keçən müsahibələrin birində rəy bildirərkən yazmışdı ki, Sevinc, nənələri yığırsan başına yavaş-yavaş. Hə, İrinka, daha bir gözəl nənə ilə tanışlıq günüdür.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdım etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Adım Mehribandır, ev xanımıyam. İki oglum, bir də balaca nəvəm var.  Bu yazının davamını oxu