Bloq Arxivləri

Bir qadının taleyindən sətirlər… (2-ci hissə)

Hicran ağlayırdı. Səssiz-səmirsiz. Fariz yatmışdı. Onun ağladığından da xəbəri yox idi, yatmamasından da. Hicranı ağladan bu axşamkı narazılıq deyildi. O, bu evə gələndən nə qədər haqsızlıq görmüşdü. Elə ilk gəldiyi aylardan nə qədər böyük səhv addım atdığını başa düşmüşdü. Lakin geriyə yol yox idi. Dözməliydi. Öz seçdiyi yol idi, getməli idi. Atasını eşitmədiyinə çox peşiman olmuşdu.
Əslində onların arasında elə uzun uzadı bir sevgi də olmamışdı. Fariz Hicranı görsə də, bu yolu ona anası ilə bacısı göstərmişdi. Hicran da onsuz da kiməsə gedəcəyini düşünüb Farizə razılığını vermişdi. Çünki, ilk gənclik illərində yaşadığı sevgisi daşa dəydikdən sonra o, heç kəsi sevə bilməyəcəyini bilirdi. Beləcə də onlar evlənmişdi. Hicranın atası əvvəl razılıq verməsə də sonra yumşalmışdı.  Bu yazının davamını oxu

Advertisements

Məşhurların həyatından maraqlı faktlar

1417598253_141

 

Teymurləng

1336-1405-ci illərdə yaşamış Teymurləng Türk Monqol soyundan gəlməsinə baxmayaraq bütün Asiyanı zəbt edəcək qədər gücə sahib olmuş bir hökmdardır. Tarixdə məşhur Ankara döyüşü olaraq qalmış döyüşdə İldırım Bəyaziti əsir alaraq Osmanlı İmperiyasını sarsıtmışdır.
Teymurləngin ləqəbinin “topal” olduğunu bilirik. Döyüşlər zamanı ayağından və əlindən aldığı yaralar ilə birqollu və topal qalmasına baxmayaraq, ölkələr fəth edərək dünyada silinməz bir iz qoymuşdur. Demək ki, uğur əngəl tanımır.  Bu yazının davamını oxu