Bloq Arxivləri
Aşiq olmaq sağlamlıqdırsa, sağlamlıq da sevgidir
Hər birinizi xoş gördüm, dəyərli dostlarım. Yazılarımın arasında fasilələr uzun çəkir, bilirəm. Amma bunu da bilirəm ki, məni yaxşı tanıyan dostlarım bunu məsuliyyətsizliyimə yozmurlar. Burada deyiblər: “Anlayana can qurban”…
Hə, əzizlərim, bu gün maraqlı bir yazı təqdim edəcəyəm. İnternetdən təsadüfi axtarış nəticəsində qarşıma çıxdı. Əvvəlcə məhz bu tarixdə dərc etməyim deyə əl saxladım. Sonra fikirləşdim ki, yazı dərc etmək üçün bir fürsət düşüb əlimə, bunu da bada verməyim. Axı mən də darıxıram həm sizin üçün, həm də yazmaq üçün… Bu yazının davamını oxu
Sevgililər bayram günün qeyd etməsinlər, günlərini bayram etsinlər…
Əvvəlcədən bunu qeyd edim ki, yazının bu günə təsadüf etməsi bu bayramı dəstəkləyib qeyd etməyə çağırış deyil…
…Sevgi İlahi nemətdir, Allahın xoşuna gələn hissdir. O, bütövlükdə insanı dəyişir, onu fədakar edir. Sevgidən şəfqət doğur. Hər kəs sevdiyinə şəfqət göstərər, ona qarşı mərhəmətli olar, onun nöqsan və qəbahətlərini görməməyə çalışar. Ürəyində sevgi olan insan sevdiyi uğrunda hər şeyə hazır olar – lazım gələrsə ac da, susuz da qalar, hər cür əziyyət də çəkər – təki sevdiyinə bir xətər toxunmasın, təki o məmnun olsun. Bu yazının davamını oxu