Bloq Arxivləri

Sevgimizin rəmzi mələk

image

 

Dünyanın bəxtəvəriyəm bu gün…çox xoşbəxtəm həm də…uzun illərdən sonra sənlə görüş günümüzdür…Birdən gözüm divardakı saatın əqrəblərinə sataşdı. Lap az qalıb ki..mənsə hələ heç yatağımdan qalxmamışam. Yadıma salmağa çalışıram, nələr edəcəydim, ilk nədən başlamalıydım…ehh, əllərim əsir, bu nədi heç bu qədər həyacanlı olmamışdım…Yadıma düşdü… səndən mənə ən dəyərli hədiyyəni götürməliyəm bu gün…Orta məktəbin son sinfindəydik utana-utana mənə bükülü bir kağız uzatmışdın… Bu yazının davamını oxu

Səni sevmək əzabımmış…

1391426955_hazir

…Bu dünyanı nağıl bilək,
Sən, mən, bir də xatirələr.
Həmin küçə, həmin şəhər,
Bilirəm ki, hara getsəm,
Yenə məni izləyirsən,
O küçənin döngəsində,
O ağacın kölgəsində
Yenə məni gözləyirsən…

Hə, bu lirik, bir az da təəssüflü notlarla xəyalımda səninlə görüşəcəyimiz ilk günə qayıdıram. Yenə həmin yol,yenə həmin bağ…Bir vaxt neçə sevgilinin sinəsinə həkk etdiyi sevgi sözləri və bizim ikimizin də “sevgi ağacı” adlandırdığımız həmin ağac…Çiynimi gövdəsinə dayayıb səni gözləyirdim. Gecədən sübhədək xəyalımda yaşatdığım bu görüşün qəhrəmanı – Səni…

Bu yazının davamını oxu