Bloq Arxivləri

Aşiq olmaq sağlamlıqdırsa, sağlamlıq da sevgidir


Hər birinizi xoş gördüm, dəyərli dostlarım. Yazılarımın arasında fasilələr uzun çəkir, bilirəm. Amma bunu da bilirəm ki, məni yaxşı tanıyan dostlarım bunu məsuliyyətsizliyimə yozmurlar. Burada deyiblər: “Anlayana can qurban”…

Hə, əzizlərim, bu gün maraqlı bir yazı təqdim edəcəyəm. İnternetdən təsadüfi axtarış nəticəsində qarşıma çıxdı. Əvvəlcə məhz bu tarixdə dərc etməyim deyə əl saxladım. Sonra fikirləşdim ki, yazı dərc etmək üçün bir fürsət düşüb əlimə, bunu da bada verməyim. Axı mən də darıxıram həm sizin üçün, həm də yazmaq üçün…  Bu yazının davamını oxu

Padşahlar da sevərmiş…

Hər birimizin özümüzə məxsus həyatımız var. Şəxsi həyatımız, iş həyatımız, sosial həyatımız… Bütün bunlar hamısı öz axarında davam etməkdədir. Amma hamısı da bizə “aid”…

Hamımız bilirik ki, padşahlar da bizim kimi insanlardılar. Onların da şəxsi həyatları, şəxsi zamanları və iş həyatları var. Digər padşahlar kimi Osmanlı padşahlarının da siyasi həyatları qədər şəxsi həyatları da hər zaman diqqət mərkəzində və nəzarətdə olub. Onların da hər insan kimi acınacaqlı şəkildə eşq həyatı yaşamaları bəlkə də bizlər üçün qəribə gələ bilər…Amma unutmayaq ki, padşahlar da sevər, onlar da eşq əzabı yaşaya bilərlər.  Bu yazının davamını oxu

Uzaq bir yola çıxmaq istəyirəm səninlə…

Bəzən səssiz, kimsəsiz, özümə qapanıb yola çıxmaq istəyirəm.
Uzun bir yola…
Nə qədər gedəcəyimə, nə vaxt bitəcəyinə əhəmiyyət vermədən, tək bir arzuyla diləklə.
Məsafənin, gedişimdəki zamanın uzunluğunu düşünmədən, heç fərqinə varmadan, yolun sonunda…Sən olasan.
Heç toxunmasam belə, gözlərinə baxmağa cəsarət etməsəm də…
Orda ol yetər!
Həmən getdiyim yolun sonunda rastlaşaq tamam yad, iki doğmalar kimi. Bir-birinə həsrət, bir-birinə mümkünsüzlər kimi.  Bu yazının davamını oxu

Yetim uşaqlar

image

Kitablardan oxumuşam, sevginin növləri də varmış deyirlər. Bunu yaxınlarda Arif əmidən də eşitdim. Arif əmi ölkəmizə yad gözlə baxanların hesabını aparan birilərindən sayılır. O, Çanaqqala şəhidinin oğludur. Atası düşmənə qarşı mübarizə aparanlardan biri olmuşdur. Düşməni Çanaqqala boğazından keçməyə qoymayıb, canları, qanları bahasına buna yol verməyiblər. Arif əmi atasından həmişə qürurla danışar: “Bir bilsəniz necə vuruşubdur mənim atam! Mən də olsaydım eynisini edərdim. Damarımda o adamın qanı var axı!”  Bu yazının davamını oxu

Sevirsənsə, sev, əzizim…

image

Evliliyin təməli, əsasən, qarşılıqlı hörmət və güzəştdən qaynaqlanır. Bu sırada intim həyat da şərtdir. Bunlardan hər hansı biri düzgün qurulmayıbsa və yaxud gözlənilmirsə, bir müddət sonra fəsadları üzə çıxmağa başlayar. Belə olanda isə sevgimizi və dəyərli sevgilimizi itirməyə başlayarıq. O müqəddəs saydığımız sevgilərin yerini ümidlərin puç olması və şübhələr əvəz edər. Sevgi, bununla bağlı bütün arzular iç dünyamızdan yavaş-yavaş qeyb olarlar . Sevgilər öləzidikcə isə boşanmalar reallaşar, onlar fərqinə varmasalar da, belə zamanın qarşıda onları gözlədiyi şəksizdir… Bu yazının davamını oxu

İnsanlarda vəfa azaldımı, yoxsa…

ku_4

“Sədaqət” anlayışı, bu anlayışın ifadə etdiyi hiss artıq o qədər ucuzlaşıb ki, haqqında ağızdolusu danışmaq da olmur. Elə bil ki, bu duyğu hamımızın gözü qarşısında əriyib yox oldu, heç birimizin də səsi çıxmadı: hara baxırsan vəfasızlıq, dönüklük daha çox, sədaqət sanki qəhətə çıxıb. Axı tarixən belə olmayıb…. dədə-babalarımız arasında inam, etibar olub. Sevənlər, dostlar, ailədə ailə üzvləri bir-birlərinə sədaqətli olub. Bəs indi hanı bir ömrü qoşa addımlamaq üçün içilən andlar, hanı anda sədaqət? Hanı…hanı?! Hanı sevgililər arasındakı o saf sevgi, hanı evli cütlər arasındakı əbədi birlik? Bu yazının davamını oxu

Qısqanclıq hissinə münasibətiniz

qiz-oqlan-romantika-sevgi-nisan-toy-yarasiqli-oqlan-gozel-qiz-uzuk-opush-gelinlik-gul-sekilleri_172

Bilirik ki, qısqanclıq bioloji instinktdir. Əgər biri qısqanclıq halı yaşayırsa, bu zaman ətrafda baş verən hadisələrə münasibət ağlın, məntiqin idarəsindən çıxıb, emosiyaların idarəsinə keçəcək. Belə deyirlər ki, qısqanclıq qeyri-şüuri hissdir. Ona gərə də bunun qarşısının alınması yalnız təfəkkürün yüksək inkişafının nəticəsində mümkün ola bilər. Bilirsinizmi, hətta alimlər qısqanclıq hissini ən ağır xəstəlik olan xərçəngdən belə təhlükəli sayırlar. Yenə də deyirəm, ifrat qısqanclığı. Gəlin görək, ümumiyyətlə, qısqanclığa səbəb olan hansı amillərdir: Bu yazının davamını oxu

…sənə kim baxdı, yarım – qısqanclıq, yoxsa sevgi?

1400928934_11 Mütəxəssislərin uzun müddət apardıqları araşdırmaların nəticəsinə görə qısqanclıq tamamilə insani və normal bir hiss olaraq qiymətləndirilir. Qısqanclığın kökü uşaqlıq illərimizə söykənir, hər birimiz uşaqlıq illərində hər kəs tərəfindən sevilmək və çox kiçik yaşlı dostlarımızdan tutmuş, ana-atamıza, nənə-babamıza qədər hər kəsin diqqət mərkəzində olmaq istəmişik. Hətta bir çoxumuz yeni doğulacaq qardaş-bacımız üçün narahatçılıq keçirmişik, bizə olan sevginin azalmasından qorxmuşuq belə. Uşaqlar arasında qısqanclıq da məhz bu səbəbdən baş qaldırır: “onu məndən çox sevdiniz, ona daha çox oyuncaq aldınız və zamanla, siz məni ikinci planda tutursunuz, bütün sözlərinizi yalnız onunla bölürsünüz, məsləhəti onunla edirsiniz”, deyərək yersiz iradlarla valideynləri ittihama başlayırlar. Demək ki, hamımız zamanında qısqanclıq etmişik, amma güclü qısqanclıq duyğusunun əsl səbəbləri isə bir başqadır. Bu yazının davamını oxu

Sevginizin qədrini bilin

wedding_002Bir münasibətə başlamaq çox asandır, onu davam etdirmək isə çətin. İndi bir çox saytlardan uzun evliliyin sirlərini açıqlayan istənilən sayda mövzular tapmaq olar. Aydındır ki, xoşbəxt bir evlilik yaşamağı arzu edən hər kəs bu mövzuları oxumadan keçmirlər. Yazılanlara və məsləhət görülənlərə hər zaman əməl etmək olmur, bunu hamımız bilirik, istər-istəməz insan tərəddüddə qala bilir. Lakin mənbə etibarlı olarsa, deyilənləri qəbul etməkdə çətinlik yaranmayacaq. Biz həmin etibar olunanlar sırasındayıq, bunu artıq sübut etmişik, ona görə də məsləhətlərimizi dinləməkdən çəkinməyin.

Bu yazının davamını oxu

Sarı Çiçək və sərt Qaya (əfsanə)

1409640164_image

 

…İlk dəfə sahildə rastlaşmışdılar. Çiçək pərişan halda sahil boyunca gəzirdi. Yorulmuşdu, təbiətin gözlənilmədən gətirdiyi boran, qasırğa onun səmtini güllü-çiçəkli çəmənlərdən, düzlərdən ayırıb qayalıqlara, qumlu sahilə rast salmışdı… Çiçək gəzirdi, nə axtarırdı heç özü də bilmirdi, amma sığınacağı birinə ehtiyacı vardı…lap uzaqdan diqqətini bir Qaya çəkdi. Çiçək kənardan oğrun-oğrun bir müddət Qayanı izlədi. Qaya sahilə çox yaxın idi, hərdən dəniz qəzəblənib dalğalananda sərt toxunuşlu ləpələr qayanın da üzünə çırpılırdı…Qaya sakit-sakit dənizə baxırdı…onun gözləri yol çəkirdi… yol gözləyirdi…Çiçəyin gəlişindən xəbərsiz idi…Çiçək qoxusu, təravəti ilə sahilə bir yeni nəfəs gətirdi. Sahildə nə vardısa, hamısının diqqəti onun üzərində idi…Çiçəksə gözünü Qayaya dikib durmuşdu. Çiçək elə bilirdi ki, bu sərt daş parçası onun sığına biləcəyi bir qucaq olacaq… Bu yazının davamını oxu