Bloq Arxivləri

Sevgimin rəngsiz adı – (Son)

Leyla Səmranın otağından çıxanda üzündəki ifadə onun psixoloq yanından çıxmasını əks etdirmirdi. Gözlərindəki ümid tamam ölmüşdü. Özünü günahkar, həm də çarəsiz hiss edirdi. Klinikadan çıxıb yolunu müəyyənləşdirdi. Çünki Səmranın son sözü hələ də qulaqlarında cingildəyirdi: – Leyla, sən mənim düşündüyüm qadınsansa, bu gücü özündə tapmalısan. Sən özünlə bərabər Muradı da məhv edirsən. Budurmu ona olan sevgin? Sən sevgini beləmi dərk edirsən? Sevgi sevmədiyin yolu belə sevdiyin üçün getmək deyilmi? Hər dəfəsində sən onunla dost olaraq ayrılmaq istədiyini vurğulayırsan, buna nail olmağa can atırsan. Axı sevgini dostluğa çevirsən sənin əzabın yerə-göyə sığmayacaq, bunu daşıyan ürəyin, buna dözəcək gücün olacaqmı? Sevgini sevgi edən qovuşmaq deyil ki, Leyla, fədakarlıqdır. Muradı həqiqi sevirsənsə, ona bu fədakarlığı etməlisən sən…” Bu yazının davamını oxu

Nə yaxşı ki sevdin məni, nə yaxşı ki sevdim səni…

image

Peşmançılığın əzabın yaşamaq var bu dünyada. O qədər ağır, o qədər acımasız bir hissdir ki, insan yaşamazsa duymaz belə…Çox illər öncə atdın bu addımı. Bilsəydin ki, illər sonra yapışıb boğazından hər gün bir az daha çox boğacaq səni, heç bu yolu seçərdinmi?! Hardan biləydin ki…bəlkə də gəncliyini, bütövlükdə həyatını zəhərə döndərdiyin birinin günahını yaşamaq düşüb qismətinə indi. Nə o xoşbəxt oldu, nə sən xoşbəxtlik tapdın…  Bu yazının davamını oxu

Sevgimin rəngsiz adı… (IV hissə)

image

…Soyuq hava, qərib ölkə, içində bir niskil…Leyla elə bil özündə deyildi. Həyatının ən ağır və günahkar günlərini yaşayır kimi yataqdan belə qalxmağa taqəti qalmamışdı. Tez-tez ürək ağrıları tutur, təcili yardımdan gələn həkimlərin ilk yardımı ilə bir qədər sakitləşir, üstündın yarım gün keçməmiş yenidən ağrıları başlayırdı. Leylanın həyat yoldaşı onun bu halına biganə qala bilmirdi, ona görə də Leylanın etirazına baxmayaraq onu xəstəxanaya yerləşdirdi. Cərrahi əməliyyat təyin edilmişdi. Leylanın ciddi problemi vardı, həkimlər sonradan qazanılan ürək qüsuru aşkar etmişdilər. Bu yazının davamını oxu

Sevgimin rəngsiz adı…(III hissə)

image

– Yox, Səmra xanım, yox, məndən bunu istəməyin.
– Vasif bəy, sizin sahib olduğunuz hissin adı eşqdir, mənsə bunu daha sağlam və müqəddəs bir hisslə əvəz etməyinizi istəyirəm, bunun nəyi pisdir ki? Mən sizə sevin deyəndə, yenidən aşiq olun demirəm ki, siz belə aqressiv reaksiya verirsiniz. Bilirsiniz, o qəlb saf, o düşüncə sağlamdır ki, orda sevgi adlı bir hiss məskən salıb. Sevgi olan qəlbdə heç vaxt pislik bərqərar ola bilməz. İnsan sevməsə, kamilləşə bilməz. Cansız əşyalardan tutmuş, ən xırda canlıya qədər hər şey sevgiyə möhtacdır. Ən sevimli əşyaları göz bəbəyimiz kimi qoruyuruq, dibçəkdəki güllərə min qayğı göstəririk. Hələ sevimli ev heyvanlarını demirəm, bir gün qeydinə qalmasaq olarmı? Yox! Deməli, sevgisiz həyat yoxdur bu bəşəriyyətdə. Mövcud olacağı da mümkünsüzdür. Deyirlər dünyanı gözəllik xilas edəcək, mənsə deyərdim, dünyanı gülüstan edən bircə hiss var, o da sevgidir… Bu yazının davamını oxu

Sevgimin rəngsiz adı… (I hissə)

image

Hörmətli oxucular, sizdən bir xahişim və tələbim olacaq. Müəllif hüquqlarına hörmət edərək hekayəni icazəsiz olaraq öz adınıza çıxmaqla dərc etməyi düşünməyin. Əgər həqiqətən sizin də saytınızda bu hekayə dərc olunsun istəyirsinizsə, o zaman müəllifi və götürdüyünüz mənbəni qeyd etməyi unutmayın. Əks halda müəllif kimi şikayətçi olacağam!

Çiskinli payız səhəri idi. Yeni iş həftəsinin ilk günündə havalar birdən-birə soyumuş, günəş özünü buludların arxasında gizlətmişdi. Küçələr nə qədər təmiz görünsə də ağacların saralmış yarpaqları budağından ayrılıb həzin bir rəqsin melodiyalarında süzən rəqqas kimi asfalt döşəməyə enirdi. Uzağı bir neçə aydan sonra donunu soyunmuş ağacların budaqlarında yenidən tumurcuqlar, yarpaqlar görünəcəkdi. Belecə illər keçəcək, ağac qocalacaq, yarpaqlar yenilənəcək, insanlar yazın gəlişinə sevinəcəkdilər. Amma qocalmış ağacın dərdi öz içindəcə qalacaqdı. Heç kim ağacın yaşını hesablamayacaq, amma yaşıl libasını həsrətlə gözləyəcəkdi, nə qəribədir… Bu yazının davamını oxu