Bloq Arxivləri

Aşiq olmaq sağlamlıqdırsa, sağlamlıq da sevgidir


Hər birinizi xoş gördüm, dəyərli dostlarım. Yazılarımın arasında fasilələr uzun çəkir, bilirəm. Amma bunu da bilirəm ki, məni yaxşı tanıyan dostlarım bunu məsuliyyətsizliyimə yozmurlar. Burada deyiblər: “Anlayana can qurban”…

Hə, əzizlərim, bu gün maraqlı bir yazı təqdim edəcəyəm. İnternetdən təsadüfi axtarış nəticəsində qarşıma çıxdı. Əvvəlcə məhz bu tarixdə dərc etməyim deyə əl saxladım. Sonra fikirləşdim ki, yazı dərc etmək üçün bir fürsət düşüb əlimə, bunu da bada verməyim. Axı mən də darıxıram həm sizin üçün, həm də yazmaq üçün…  Bu yazının davamını oxu

Sağlam ürək üçün məsləhətlər

image

Sağlam bir orqanizmə sahib olmaq üçün sağlam ürəyin olması çox vacib şərtlərdən biridir. Yaxşı, gəlin görək ürək sağlamlığımızı qorumaq üçün nələrə diqqət eməmiz lazım olduğunu bilirikmi? Qeyd edim ki, aşağıda məsləhət görülənlərin əksəriyyəti qadınlar üçün nəzərdə tutulub.
Gecə altı saatdan az yatan insanlar, yeddi-səkkiz saat yatanlarla müqayisədə iki qat daha çox ürək xəstəliyi riski altındadırlar. Yuxu insulin fəaliyyətinin təşkil edilməsinə kömək edir. Az yuxu hüceyrələrinizin insulinə qarşı daha müqavimətli olmasına gətirib çıxarar, bu da qan şəkərinin yüksəlməsi, çəkinin artması və ürək xəstəliklərinə səbəb ola bilər. Bu yazının davamını oxu

Düşmənə necə qalib gəlmək olar?

image

Düşməndən danışacam, bəli! Amma canlı düşməndən yox, bir qutunun içinə yığılmış, içi zəhər dolu və yüksək həzzlə ciyərlərinizə çəkdiyiniz düşməndən. Düşmən olmasaydı qutusunun üzərində: “Siqaret çəkmək Sizin sağlamlığınıza ziyandır!” yazılmazdı ki.

Elm adamları, bədəndəki orqanların qocalma prosesi haqqında belə bir nəticəyə gəliblər: Göz və beyindən başqa, qalan bütün orqanlar özünü yeniləyə bilir və beləliklə, orqanizmimiz həyat boyu 10 yaş daha cavan görünməyə nail ola bilir.

Bu yazının davamını oxu

Sarımsaqdan hazırlanmış möcüzəvi içki

sar

Şəffaf butulkaya 4 hissəyə bölünmüş 12 diş sarımsaq qoyun. Qırmızı şərabdan üç stəkan götürüb bura əlavə edin. Butulkanı bağlayın və pəncərəyə qoyun, iki həftə günəş işığında qalsın. Hər gün 2 dəfə çalxalamaqla, bunu 3 dəfə təkrarlayın. Vaxt sona çatanda tünd rəngli butulkaya boşaldın.

Bu likörü gündə üç dəfə çay qaşığı ilə qəbul etmək lazımdır. Sadəcə möcüzəli vasitə almış olacaqsınız.

Bu yazının davamını oxu

Gözəllik qurban tələb edirmi?

manikyur_02Hər qadının arzusudur gözəl görünmək. Hətta buna aludə olan qadınlarımız da var ki, bəzən gözəllik üçün sağlamlıqlarını da qurban verməyə hazır olurlar. Şüarları da bu olur: “Gözəllik qurban tələb edir”. Mənə elə gəlir ki, gözəllik üçün qurban vermək heç də vacib deyil. İlk olaraq ona görə ki, Yaradan insanı hansı görkəmdə məsləhət bilibsə, o cür də yaradıb. Bəlkə çoxunuz mənim kimi müşahidə etmisiniz, adətən, qara, qıvrımsaçlı xanımlar əsmər olur. Nazik, ipək kimi, açıq rəngli saça sahib xanımlar isə sarışın. Bütün bunlar ilahi bir yaranışdır, bunları zorla dəyişmək, hansısa “imici” yaratmaq fikrimcə Yaradanın ziddinə getməkdir. Məncə gözəllik üçün, səliqəli, baxımlı, zövqlü görünmək üçün pul xərcləmək, pulu qurban vermək olar, can sağlığını yox. Bəli, can sağlığını qurban vermək nəinki ağılsızlıqdır, hətta günahdır deyərdim.

Bu yazının davamını oxu

1 stəkan limonlu su və faydası

1361174831_60_RESM

 

Günə bir stəkan limonla su ilə başlamağın faydasından xəbəriniz varmı?
Qastroenteroloqlar bunu 7 ehtiyac zəruri edir deyərək, səhər yuxudan oyanan kimi bir stəkan limonlu su içməyi məsləhət görürlər. Gəlin, bunlarla tanış olaq.
Bu işə cəmi 2 dəqiqə vaxt lazımdır, amma bununla sən öz “həyatının eliksirini” əldə etmiş olacaqsan.

1. İmmun sistemini möhkəmləndirəcəksən. Limon C vitamini və kaliumla zəngindir. O beyini və əsəb sistemini stimullaşdırır, qan təzyiqinə nəzarət edir. Bu yazının davamını oxu

Yod elementinin orqanizmdə rolu

Hand holding vial .Medicament medicine. Isolated

Yod (I) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 53-cü element.
Yod (J) – 70 kq ağırlığında sağlam insanın orqanizmində təхminən 25 mqdır. Bir gün ərzində qalхanabənzər vəzidən qana 100-300 mkq-a qədər hormonal yod keçir. Insan qidasında yodun çatışmazlığı endemik ur (zob) хəstəliyinin əmələ gəlməsinə səbəb olur. Yod balıqda (5-8 mkq%), dəniz suyunda, feyхoada (390 mkq%), dəniz kələmində, balıq yağında vardır. Bu yazının davamını oxu