Bloq Arxivləri

Yeyin-için, amma bunlara əməl etməyi də unutmayın

image

Sağlam yaşamaq, xüsusən də artıq çəki olmadan formada qalmaq hər bir qadını narahat edən problemlərdən biridir. İdman, qida rejiminə düzgün əməl etməklə yanaşı bəzi məqamlar var ki, onları bilməyimiz çox vacibdir. Bəzən məcburən, ya da elə bilərəkdən bizə artıq çəki gətirə biləcək qidalardan istifadə etməli oluruq. İştahla yeyirik, hələ bir “bəh-bəh” də deyirik. Amma yeyib qutarandan sonra içimizdə bir sıxıntı yaranır: nahaq yedim, mənə bahaya başa gələcək, gərək nəfsimi tutaydım…  Bu yazının davamını oxu

Payız fəslində sağlam qidalanmanın yolları

image

Artıq isti yay aylarını geridə buraxmışıq. Payızın qoxusu çoxdan pəncərələrdən içəri dolmağa başlayıb. Yay istirahət fəsli olduğu üçün bir çox insanlar yemək mövzusunda qaydaları pozmağa məcbur qalırlar. Həm də yay, ümumiyyətlə, pəhriz üçün əlverişli və münasib sayılmır. Amma fikir etməyin, yeni fəsil gəlib və əhvalımızı yeni ovqata kökləmək o qədər də çətin olmayacaq. Bu günkü mövzumuz da məhz yayda “məcburən” aldığınız artıq çəkini sağlam qidalanmaqla bərpa etməyin yolları olacaq. Sizdən sadəcə aşağıdakı qidaları menyuya daxil etmək və deyilənlərə əməl etmək tələb olunur.  Bu yazının davamını oxu