Bloq Arxivləri

Saç üçün maskalar

красивые-волосы

 

Əziz xanımlar, hamınız bilirsiniz ki, saçlar insanın gözəl görünməsi üçün çox vacibdir. Təbii ki, baxımlı saçlardan söhbət gedir. Kim fikirləşirsə ki, saçlara xüsusi qulluq lazım deyil, onlar təbiətin bizə töhvəsidir, yanlışdır. Bu cür düşünənlər yəqin ki, yaş ötdükcə, ekalogiyanın, qəbul etdiyimiz qidaların, keçirdiyimiz həyat tərzinin saçlara təsirsiz ötüşəcəyini unudurlar. Bu gün təqdim etdiyim iki saç maskaından istifadə edin, saçlarınızın qeydinə qalmaq üçün ilk addımı atın, faydasını görəcəksiniz.

Bu yazının davamını oxu

Saçlara qulluq qaydaları

image

Günəş, dəniz, qum, hovuz … Saçlarımızın düşmənlərinin adını əzbərdən bilirik, amma verdikləri zərərin qarşısını almaq üçün tədbirlər görməyi də bilməliyik.

İlk işiniz sağ ucunda yaranmış qırıqlardan azad olmaq olmalıdır. Uzun saçlarınızı özünüzdən razı halda çiyninizə tökmək sevimli adətiniz olsa belə, bir müddət bununla vidalaşmalısınız, çünki qırıqlar kəsilməsə, saçlarınız sağlam formada uzanmağa davam edə bilməyəcək. Saç, uclarından qırılmağa başladığı andan etibarən bu proses dayanmadan davam edər və qırılma saç diblərinizə doğru irəliləyər, ta ki onlardan xilas olana qədər . Məsləhətdir ki, gecikdirmədən bu qırıqlardan canınızı qurtarın.  Bu yazının davamını oxu