Bloq Arxivləri
Bu da bir alın yazısıdır…
Aprel ayının 18-dən 19-na keçən gecə…özünün qaranlığını yeni ailə qurmuş iki gəncin taleyinə həkk etdirdi bu gecə. Qaranlığı nə qədər qorxulu idisə, gətirdiyi bəla daha betər oldu. O gecə bir igidin ömrünə şəhidlik yazıldı, o gecə bir qadının gözlərində sevgi dondu, o gecə bir körpə beşiyində aramsız ağladı, o gecə hələ ana bətnində olan bir körpənin gözlərinə ömürlük ata həsrəti çökdü… Bilirəm, ruhun çox nigarandı bu gün, Namiq. Sən olsaydın hər şey başqa cür olacaqdı bəlkə də…təsəllini onda tap ki, sənin sevgini qoruyan bir qadın yaşayır ocağında. Ömrünün ən gözəl illərini sənlə yaşamaq varkən, 26 ildir sənli keçən qısa bir ömrün xatirəsinə sığınıb, sənə sadəqətli yarın. Tale ona səndən sonra ikinci zərbəni vurdu, qızını da aldı əlindən. Amma dərdə dözümlü yarın bunu da içinə sinə bildi…Sevgini heç kimə təslim etmədi, üzünü belə görmədiyi atasını kimsəyə dəyişməsin deyə tək başına böyütdü oğlunu. Sənin adına layiq böyütdü həm də… Bu yazının davamını oxu
Azad bir quşdum…
Ölkəmizdə müharibə getdiyi bir vaxtda bəzi insanların elə bil “humanizm” damarı tutub. “Öldürməyək”, “qıymayaq”, “yazıqdırlar”, “onalrın nə günahı var” kimi fikirlərlə çox qarşılaşıram. Yəqin bunu dilinə gətirənlər başımıza açılan müsibətlərdən xəbərsizdirlər, ya da biganəlikdən doğan düşüncədir. Bu hekayəni təqdim etməyimin də səbəbi, erməni vəhşiliyinin sübutu olan hadisəylə sizi də tanış etməkdir.
Iki il əvvələdək həyatında hər şey başqa cür idi. Xoşbəxt olmaq üçün səbəbləri o qədər çox idi ki…Sevdiyi qızla uzun mübarizədən sonra ailə qurmağa nail olmuş, bu sevgidən dörd övladı dünyaya gəlmişdi. İki oğul və iki qız atasıydı Azad. Həyat yoldaşı Aygül evdar qadın idi. Onun işi evdə uşaqların tərbiyəsilə məşğul olmaq və əri işdən qayıdınca onu mehriban, xoş üzlə qarşılamaqdan ibarət idi. Bu yazının davamını oxu