Bloq Arxivləri

Ayrılıq vüsaldan əvvələ düşdü

Əhvalımı bilə-bilə,
Çalma, aşıq, sazı belə.
Tale yazan yazı belə,
Göz yaşımı qurutmadı…

Günay orta məktəbin onbirinci sinifində oxuyurdu. Gözəlliyi ilə bütün cavanların diqqətini cəlb edən bu qız heç kimə könül verməmişdi. Kimsə də cürət edib yaxınlaşa bilməzdi ona. Günayda belə xasiyyət var idi ki, kiminsə ondan xoşu gəldiyini bilsəydi, acığı tuturdu, əsəbləşirdi. Adicə baxışlarından hamı çəkinərdi. Elə bir baxmağı kifayət edərdi ki, dillənmək istəyənin sözü ağzında qalsın.   Bu yazının davamını oxu

Şəhidlərimizi anaq…(“Taleyin həsrət qisməti” romanından bir hissə)

image

…Günay üçün gün çox qəribə hisslərlə başlamışdı. Nədənsə bir yerdə qərar tuta bilmirdi. Heç dərsə də diqqətini toplaya bilmirdi. Bu əhvalla altı saatı sözün əsl mənasında yola verib evə döndü. Məktəbli formasını dəyişib çay süzdü, yemək yeməyə də iştahası yox idi. Bacısı işdən dönməmişdi, atası da evdə yox idi. Anası isə gözünə dəymirdi nədənsə. Atasının böyük həvəslə aldığı qrammafona yaxınlaşdı. Plastinkaları əlinə alıb bir-bir baxdı. Tanınmış müğənnilərin çoxunun lent yazısı vardı burda. Amma nədənsə diqqətini Bülbülün şəkli olan plastinka cəlb etdi. Mahnıların adları oxudu “Ölkəm”, “Sevgili canan”,  “Gülə-gülə”,  “Xumar oldum”, “Üç telli durna”. Qrammafonu işə saldı, Bülbülün səsi otağa yayıldı:  Bu yazının davamını oxu

Ayrılıq vüsaldan əvvələ düşdü…

image

Əhvalımı bilə-bilə,
Çalma, aşıq, sazı belə.
Tale yazan yazı belə,
Göz yaşımı qurutmadı…

Günay orta məktəbin onbirinci sinifində oxuyurdu. Gözəlliyi ilə bütün cavanların diqqətini cəlb edən bu qız heç kimə könül verməmişdi. Kimsə də cürət edib yaxınlaşa bilməzdi ona. Günayda belə xasiyyət var idi ki, kiminsə ondan xoşu gəldiyini bilsəydi, acığı tuturdu, əsəbləşirdi. Adicə baxışlarından hamı çəkinərdi. Elə bir baxmağı kifayət edərdi ki, dillənmək istəyənin sözü ağzında qalsın.  Bu yazının davamını oxu

Füzulinin işğalından 23 il ötür (“Kömək et, ata!…”)

image
Bəli, düz 23 ildir ki, Füzulisiz, Cəbrayılsız keçinirik. Qarabağın füsunkar guşələrindən biri idi bu yerlər. Bu illər ərzində Füzulinin, Cəbrayılın əhalisi bütün məhrumiyyətlərə dözdü, öz torpağının müdafiəsi üçün məkrli və hiyləgər düşmənlə üz-üzə, göz-gözə dayandı, ölüm-dirim savaşına girişdi. Qartal ürəkli, polad biləkli, çinar boylu igidlər torpaq uğrunda canlarını əsirgəmədilər. Neçə-neçə oğullar düşmənin gülləsinə tuş gəldi, qızlar, gəlinlər, qocalar, uşaqlar girov götürüldü, vəhşiliklə, namərdliklə qətlə yetirildi. Bu yazının davamını oxu

Azad bir quşdum…

imageÖlkəmizdə müharibə getdiyi bir vaxtda bəzi insanların elə bil “humanizm” damarı tutub. “Öldürməyək”, “qıymayaq”, “yazıqdırlar”, “onalrın nə günahı var” kimi fikirlərlə çox qarşılaşıram. Yəqin bunu dilinə gətirənlər başımıza açılan müsibətlərdən xəbərsizdirlər, ya da biganəlikdən doğan düşüncədir.  Bu hekayəni təqdim etməyimin də səbəbi, erməni vəhşiliyinin sübutu olan hadisəylə sizi də tanış etməkdir. 

Iki il əvvələdək həyatında hər şey başqa cür idi. Xoşbəxt olmaq üçün səbəbləri o qədər çox idi ki…Sevdiyi qızla uzun mübarizədən sonra ailə qurmağa nail olmuş, bu sevgidən dörd övladı dünyaya gəlmişdi. İki oğul və iki qız atasıydı Azad. Həyat yoldaşı Aygül evdar qadın idi. Onun işi evdə uşaqların tərbiyəsilə məşğul olmaq və əri işdən qayıdınca onu mehriban, xoş üzlə qarşılamaqdan ibarət idi. Bu yazının davamını oxu