Bloq Arxivləri

Qurban bayramınız mübarək


image

Qurban ilk əcdadımız, ilk insan, ilk Peyğəmbər Hz. Adəm (ə.s)-la başlayan “tövhid mücadiləsi” olaraq Hz İbrahim (ə.s) – ın nümunəsində ən, yüksək ən pak ülvü məqam- Allah yolunda fədakarlığın mücəssiməsi, möhtəşəm İslam simvoludur. Qurban bütün ümmətlərə vacib buyrulmuş ümumi ibadətdir. Bu məqamın məhz dəyəri, qiyməti, səbəbi,hikməti Uca Rəbbimizi ixlasla yad etməkdir.  Bu yazının davamını oxu

Müqəddəs Qurban Bayramınız mübarək!

image

Əziz dostlar, yəqin ki, çoxunuz Qurban bayramı nədir, bu bayramın mənası və əhəmiyyəti haqqında bir çox məlumatlara maliksiniz. Buna baxmayaraq, bu müqəddəs bayram, onun tarixi kökləri, ümumilikdə cəmiyyətimiz üçün əhəmiyyəti barədə öyrənmək, gələcək nəslə çatdırmaq hər birimizin vətəndaşlıq borcu olmalıdır.

Qurban bayramı Həzrət İbrahim Peyğəmbər (as) dövründən günümüzə gəlib çatan bir ibadətdir. İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Bu yazının davamını oxu