Bloq Arxivləri

Xəyanət yoldaşlıq zəncirini qaraldar, lakin vəfa onu hər zamankindən parlaq edər

image

Bu gün iki mövzu ətrafında fikirlərimi bölüşmək istəyirəm. Xəyanət və qısqanclıq. Kişilərin xəyanətindən başlayıb, qadın qısqanclığı ilə mövzunu yekunlaşdıracam.
Xəyanətin müxtəlif növləri olsa da adını eşidəndə hər kəsin üzündə eyni – narazılıq və qəbul etməmək ifadəsi yaranır. Nədir xəyanət? Niyə insanlar xəyanət edirlər?
Xəyanətin növləri oldğu kimi haqq edilən və haqq edilməyən xəyanətlər də var. Haqq edilməyən xəyanəti yox, haqq ediləni müzakirə etmək istəyirəm. Bəlkə mənlə razılaşmayan xanımlarımız olacaq, məni qınaya da bilərsiniz ki, adı xəyanət olan bir hissə necə haqq qazandıra bilərsiniz ki? İndi mən sizə həyati bir misal çəkim, siz qərarı o zaman verin.  Bu yazının davamını oxu

Qısqanclığın ən böyük səbəbi inamsızlıqmı?

image

Qısqanclıqla bağlı bloqda yazı dərc etmişəm. Indi isə qısqanclığı aradan qaldıran 10 tövsiyəni diqqətinizə çatdırmaq istərdim.


1 –
Qısqanclığın ən böyük səbəblərindən biri inamsızlıqdır. Unutmayın ki, siz sevdiyiniz adam tərəfindən seçilmiş insansınız. Yəni digər variantlar arasında bir fərqiniz var: sevgiliniz sizi seçdi. Elə isə artıq onun sizi sevib sevmədiyini sorğulamaqdan imtina edin. Bu yazının davamını oxu

Qısqanclıq hissinə münasibətiniz

qiz-oqlan-romantika-sevgi-nisan-toy-yarasiqli-oqlan-gozel-qiz-uzuk-opush-gelinlik-gul-sekilleri_172

Bilirik ki, qısqanclıq bioloji instinktdir. Əgər biri qısqanclıq halı yaşayırsa, bu zaman ətrafda baş verən hadisələrə münasibət ağlın, məntiqin idarəsindən çıxıb, emosiyaların idarəsinə keçəcək. Belə deyirlər ki, qısqanclıq qeyri-şüuri hissdir. Ona gərə də bunun qarşısının alınması yalnız təfəkkürün yüksək inkişafının nəticəsində mümkün ola bilər. Bilirsinizmi, hətta alimlər qısqanclıq hissini ən ağır xəstəlik olan xərçəngdən belə təhlükəli sayırlar. Yenə də deyirəm, ifrat qısqanclığı. Gəlin görək, ümumiyyətlə, qısqanclığa səbəb olan hansı amillərdir: Bu yazının davamını oxu

…sənə kim baxdı, yarım – qısqanclıq, yoxsa sevgi?

1400928934_11 Mütəxəssislərin uzun müddət apardıqları araşdırmaların nəticəsinə görə qısqanclıq tamamilə insani və normal bir hiss olaraq qiymətləndirilir. Qısqanclığın kökü uşaqlıq illərimizə söykənir, hər birimiz uşaqlıq illərində hər kəs tərəfindən sevilmək və çox kiçik yaşlı dostlarımızdan tutmuş, ana-atamıza, nənə-babamıza qədər hər kəsin diqqət mərkəzində olmaq istəmişik. Hətta bir çoxumuz yeni doğulacaq qardaş-bacımız üçün narahatçılıq keçirmişik, bizə olan sevginin azalmasından qorxmuşuq belə. Uşaqlar arasında qısqanclıq da məhz bu səbəbdən baş qaldırır: “onu məndən çox sevdiniz, ona daha çox oyuncaq aldınız və zamanla, siz məni ikinci planda tutursunuz, bütün sözlərinizi yalnız onunla bölürsünüz, məsləhəti onunla edirsiniz”, deyərək yersiz iradlarla valideynləri ittihama başlayırlar. Demək ki, hamımız zamanında qısqanclıq etmişik, amma güclü qısqanclıq duyğusunun əsl səbəbləri isə bir başqadır. Bu yazının davamını oxu

Sevginizin qədrini bilin

wedding_002Bir münasibətə başlamaq çox asandır, onu davam etdirmək isə çətin. İndi bir çox saytlardan uzun evliliyin sirlərini açıqlayan istənilən sayda mövzular tapmaq olar. Aydındır ki, xoşbəxt bir evlilik yaşamağı arzu edən hər kəs bu mövzuları oxumadan keçmirlər. Yazılanlara və məsləhət görülənlərə hər zaman əməl etmək olmur, bunu hamımız bilirik, istər-istəməz insan tərəddüddə qala bilir. Lakin mənbə etibarlı olarsa, deyilənləri qəbul etməkdə çətinlik yaranmayacaq. Biz həmin etibar olunanlar sırasındayıq, bunu artıq sübut etmişik, ona görə də məsləhətlərimizi dinləməkdən çəkinməyin.

Bu yazının davamını oxu