Bloq Arxivləri

Qanın yerdə qalmasın, körpə fidanım…

Mənim səhifəm xəbər portalı hesab olunmur, şəxsi bloqumun səhifəsidir deyə, gündəlik məlumatlar paylaşmıram. Amma axşam oxuduğum məlumat və ürəyimin sızıltısı bunu yaz dedi… Dünən gecə saatlarında Füzuli rayonunun Alxanlı kəndi erməni silahlı birləşmələri tərəfindən atəşə tutulub. Nəticədə iki mülki şəxs dünyasını dəyişib, bir nəfərsə yaralanıb. Müharibə şəraitində yaşayan bir dövlət üçün hər gün itki vermək adi hal kimi qarşılana bilər. Amma şəkildəki o məsum körpənin üzünə baxmağa kimin cəsarəti var? Nəydi o körpənin günahı? Niyə bir gülləylə ömrünün açmayan qönçəsini soldurdular? Niyə susuruq görəsən? Bəs deyilmi yaşadıqlarımız? Döyüş istəyirsən, savaş istəyirsən sənə ən yüksəyini göstərməyə hazır Azərbaycan oğulları var. Kişi olun bir dəfə, kişi kimi vuruşun! Aslan kölgəsində yatıb az tülkülük edin! Və unutmayın! Mənim Vətənimin qəhrəman oğulları var! Hər öldürdüyünüz körpə üçün cavabınızı layiqincə verəcəklər! Heyf ki, Allah bizə səbir verib…

Kəlbəcərsiz 24 il…

image

Artıq 24 ildir Kəlbəcərin füsunkar gözəlliyə sahib olduğu dağları, onun yamacındakı buz bulaqları, düzlərində bitən al-əlvan, min bir dərdin dərmanı çiçəkləri doğma insan nəfəsinə möhtac qalıb. Yaran dərindir, Vətən! Bu yarana məlhəm olacaq igid oğulların harayına yetişəcək, səni yad nəfəsdən, qədirbilməz caynağından xilas edəcək bir gün. Gözlə igidlərinin yolunu…  Bu yazının davamını oxu