Bloq Arxivləri

Ayrılıq vüsaldan əvvələ düşdü

Əhvalımı bilə-bilə,
Çalma, aşıq, sazı belə.
Tale yazan yazı belə,
Göz yaşımı qurutmadı…

Günay orta məktəbin onbirinci sinifində oxuyurdu. Gözəlliyi ilə bütün cavanların diqqətini cəlb edən bu qız heç kimə könül verməmişdi. Kimsə də cürət edib yaxınlaşa bilməzdi ona. Günayda belə xasiyyət var idi ki, kiminsə ondan xoşu gəldiyini bilsəydi, acığı tuturdu, əsəbləşirdi. Adicə baxışlarından hamı çəkinərdi. Elə bir baxmağı kifayət edərdi ki, dillənmək istəyənin sözü ağzında qalsın.   Bu yazının davamını oxu

Sənə ancaq erməni adı yaraşır elə…

image

Mövzuya məşhur Azərbaycan filmi olan “Axırıncı aşırım” dan ölməz sənətkar Adil İsgəndərovun sitatı ilə başlamaq istərdim:
“Torpağımın yarısını aldılar dinmədim, evimi tar-mar etdilər dinmədim, taxılımı apardılar dinmədim. Əşşi, hansını deyim? İndi də bu kolxoz oyununu atıblar ortaya. Deyirlər inəklərini ver, öküzlərini ver, atını ver, arabanı ver…sonra da deyəcəklər…”
Yox, Mübariz, Fərid kimi oğulları olan xalq buna yol verməyəcək… Bu gülşən torpağa ermənilər nə qədər göz diksələr də, Mübarizlər, Fəridlər mil çəkəcək o gözlərə.  Bu yazının davamını oxu