Bloq Arxivləri
Qalstuk bağlamağı bilirsinizmi?
Bundan əvvəlki yazılarımdan birində qalstukun yaranma tarixi haqqında məlumat vermişdim. Bu gün isə dəyərli oxucularım üçün qalstukun bağlanma qaydası haqqında bir neçə nümunə təqdim edəcəm. Qalstuk, demək olar ki, kişi geyimi sayılır. Amma bağlanma qaydası haqqında qadınların da məlumatlı olması çox vacibdur.
Qalstukun yaranma tarixi
Qalstukun yaranma tarixi qədim və mübahisəli olsa da, bu gün dünyada təxminən 650 milyon adam tərəfindən istifadə edilir və ildə satılan qalstuk sayı isə 800 milyona çatır. Gəlin, qalstukun tarixinə birgə nəzər salaq. Müharibələr bəzən ümid etmədiyimiz nəticə ilə sona yetə bilir… Avropanın tam mərkəzində 1618-ci ildən 1648-ci ilə qədər davam edən 30 illik davam edən müharibədən əsrlər keçdi. Müharibədən sonra çox şeylər dəyişdi. Sonra yavaş-yavaş hər şey öz yerini tutdu və həyat normala döndü, döyüş unuduldu. Bu gün niyə 30 illik bu müharibəni yada saldığımız bəlkə də sizi çaşdıracaq, axı bunun nə anlamı var, deyə düşünəcəksiniz. Halbuki, tarix kitablarında sətir aralarında qalmış bir detal səbəbiylə yalnız siz deyil, dünya üzrə təxminən 650 milyon insan hər gün 30 illik müharibənin ortaya qoyduğu həqiqət ilə qarşı-qarşıyadır. Bu yazının davamını oxu