Bloq Arxivləri

…sənə kim baxdı, yarım – qısqanclıq, yoxsa sevgi?

1400928934_11 Mütəxəssislərin uzun müddət apardıqları araşdırmaların nəticəsinə görə qısqanclıq tamamilə insani və normal bir hiss olaraq qiymətləndirilir. Qısqanclığın kökü uşaqlıq illərimizə söykənir, hər birimiz uşaqlıq illərində hər kəs tərəfindən sevilmək və çox kiçik yaşlı dostlarımızdan tutmuş, ana-atamıza, nənə-babamıza qədər hər kəsin diqqət mərkəzində olmaq istəmişik. Hətta bir çoxumuz yeni doğulacaq qardaş-bacımız üçün narahatçılıq keçirmişik, bizə olan sevginin azalmasından qorxmuşuq belə. Uşaqlar arasında qısqanclıq da məhz bu səbəbdən baş qaldırır: “onu məndən çox sevdiniz, ona daha çox oyuncaq aldınız və zamanla, siz məni ikinci planda tutursunuz, bütün sözlərinizi yalnız onunla bölürsünüz, məsləhəti onunla edirsiniz”, deyərək yersiz iradlarla valideynləri ittihama başlayırlar. Demək ki, hamımız zamanında qısqanclıq etmişik, amma güclü qısqanclıq duyğusunun əsl səbəbləri isə bir başqadır. Bu yazının davamını oxu