Bloq Arxivləri

Niyə qadına əl qaldırmaq olmaz?!. (Qadınlar mövzusunda III yazı)

image

Artıq bir ildən çoxdur ki, bu silsilə yazının 1-ci və 2-ci hissəsini dərc etmişəm, müəyyən fikir mübadiləsi də aparılıb. Yazının ilk hissəsində qadınlar haqqında hansı mövzunu müzakirə etmək istəyirsinizsə, təklifinizi verin – deyə fikir bildirmişdim. Çox hörmətli İrinka xanımdan təklif gəlmişdi. Gecikmiş də olsa bu gün məhz təklif olunan mövzuya qayıtmaq, yenidən bu mövzunu gündəmə gətirmək istərdim.
Yazıma belə bir fikirlə başlamaq istəyirəm – “Yaxşı qadın kişiyə təsir edər, ağıllı qadın onda maraq oyadar, gözəl bir qadın onu ovsunlayar, anlayışlı qadın isə ona sahib olar” (Helen Rouland). Bu gün yaxşı qadınlardan danışmayacam. Ağıllı qadınlardan da deyil mövzum. Gözəllərdən də söz salan deyiləm. Anlayışlı qadınları da bəlkə bir başqa mövzuda xatırladaram. Bu yazının davamını oxu

Onun sevgisini qazanmaq istəyirsinizmi?

image

Sevgi elə gözəl hissdir ki, ömrün hansı çağında olsa da insan ona hər zaman ehtiyac duyar. İstər kişi olsun, istər qadın, hər iki cinsin nümayəndəsi qarşı tərəfdən hər zaman sevilmək umar. Hər fərdin də öz sevgi aləmi olar…Sevgi özü ümumi anlam olsa da, fərqli dünyaların fərqli baxışları ilə təzahür edər. Cinslər arasında da sevginin öz gizli sirrləri var. Sevgi yaşanmayacaq qədər gözəl, dərk edilməyəcək qədər sadə, doyulmayacaq qədər gözəl duyğudur…

Bu yazının davamını oxu