Bloq Arxivləri

Tələbə adın mübarək

 

Bir gözəl məsəl var: İgid oğul dayısına oxşayar. Dayısına oxşayan oğula da analar qurban olar… Artıq iki gündür ki, çox evlərdə tələbə adı qazanmış övladların sevinc hissləri yaşanır. Mənə də bir ana kimi bu hissi yaşamaq qismət oldu. Nəhayət, evimin sonbeşiyi də tələbə adına layiq görüldü. Yüksək nəticə ilə nüfuzlu universitetlərdən birinə daxil oldu. Öz övladımla yanaşı, mənə çox doğma olan əzizlərimə də bu sevinc qismət oldu. Onlardan həm Azərbaycanda, həm də xaricdə təhsil alma haqqı qazananlar var. Bu yazının davamını oxu

Yolunuz açıq olsun, əziz abituriyentlər

Bir neçə gündən sonra ali məktəblərə qəbul imtahanı keçiriləcək. Minlərlə abituriyent və onların ailələri həyəcan içindədirlər. Həmçinin mən də. Ali məktəbə qəbul olmaq, bu arzuya çatmaq bir çox gəncin gələcəyinin açarıdır deyərdik. Bu səbəbdən də, bu əhəmiyyətli imtahan əvvəli bir çox abituriyent və onların ailəsinin stress altında olmaları normal haldır. Amma stresi idarə etmək, onun qarşısını almaq imtahanda qazanılan müvəffəqiyyət qədər çox əhəmiyyətlidir. Əziz abituriyentlər, bilməniz gərəkən çox vacib bir neçə məsələ var ki, bunları sizin üçün məhz mütəxəssislər düşünüb hazırlayıblar. Aşağıda yazılanlara əməl etsəniz, uğurlu nəticə əldə etmək üçün addım atmış olacaqsınız. Bunlar nədir:  Bu yazının davamını oxu