Bloq Arxivləri

Sevgimin rəngsiz adı…(II hissə)

image

… Həftənin cümə axşamı idi. Sabah Səmra Vasifi gözləyəcəkdi. Vasif isə klinikaya getməməyə qərarlı idi. Bu gün işə də getməmişdi, özünü yaxşı hiss etmirdi. Evdə tək olduğundan mətbəxə keçib özünə çay süzdü. Salonda jurnal masasının üstünə qoyub televizorun düyməsinə toxunub yandırdı. Kanalları bir-bir dəyişir, verilişlərin görüntüsü ekrandan getməmiş, digərinə keçirdi. Növbəti kanala çevirəndə həzin türk musiqisi otağa yayıldı:

“Gidiyorum bütün aşklar yüreğimde,
Gidiyorum kokun hala üzerimde”…

Xatirindən silinə bilməyəcək o günü xatırladı Vasif… Bu yazının davamını oxu