Bloq Arxivləri

Pizza poğaça

image

Xəmir üçün:

İlıq süd – 2 stəkan
Duru yağ – 1 stəkan
Şəkər tozu – 3 x/q
Duz – 1 ç/q
Maya – 1 d/q
Apardığı qədər un

İçlik:

Kolbasa və ya sosiska
Pomidor
Bibər (həm acı, həm şirin)
Holland pendiri

Sous üçün:  Bu yazının davamını oxu

Toyuq ətindən pitsa

1417003344_mg_6379

 
Pitsa (ing. Pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pitsalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pitsa növü yaradılmışdır. Dünyanın bir çox yerində pitsa evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir.
Pitsa haqqında uzun-uzadı yazmaq olar. Bu gün pitsanı hamıdan çox sevən, həm də lap çox sevən uşaqlardır. Xüsusi özəlliyi içindəki çeşidli ərzaqların olmasıdırmı, ya nə, onu uşaqlardan soruşmaq lazımdır. Mən də bu gün sevimli balalarımız üçün evdə hazırlanan pitsa resepti təqdim edəcəm. Amma tərkibində bir dəyişiklik etməklə. Pitsanın əsas tərkibi kolbasa və sosisdir. Lakin mən bir ana kimi uşaqların sağlamlıq baxımından kolbasa istifadəsinə “Yox” dediyim üçün, bu günkü pitsanı toyuq ətindən hazırlamışam.

Bu yazının davamını oxu