Bloq Arxivləri
Mən bu ömrü elə belə yaşadım… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 29-cu yazı)
Günaydın, əzizlərim! Cüməniz mübarək. “Mən bu ömrü elə belə yaşadım”… Bu mahnının varlığından xəbərim yox idi. Doğma bildiyim birinin məsləhəti ilə dinlədim və çox sevdim. O gündən bu yana bir neçə dəfə bu mahnıyla bir neçə münasib yazı paylaşmaq istəsəm də, əl saxlamışdım. Ta bugünki müsahibimin cavablarını oxuyana qədər. Bilirsiniz ki, mən cavablar içərisindən ürəyimə ən yatımlı olanını başlıq seçirəm. İlk dəfə idi ki, çox sayda seçim qarşısında qaldım. Mələk xanımın əksər cavabları başlıq üçün ideal idi. Amma mən niyəsə bunu seçdim…
Mələk xanımı dostlarım və diqqətli izləyicilərim rəylərdən qismən tanıyırlar. Çox az-az fikir bildirər, amma bildirdiyi hər rəydə bir hikmət yatar. Düşüncəsi, dünyaya baxışı, xanımlığı ilə diqqətimdə olan və çox dəyər verdiyim bir xanımla tanış olacaqsınız. Qeyd edim ki, bu gün Mələk xanımın doğum günüdür həm də. Mələk xanım, mələk qəlbli xanım! Siz Allahın çox sevimli və dürüst bəndəsisiniz. Bu tarix sizin üçün məxsusi seçilmədi, təsadüfi sıralama buna səbəb oldu. Sizi bilmirəm, mənə çox xoş oldu bu tarixlərin üst-üstə düşməsi. Sizi ürəkdən təbrik edirəm. Gözlədiyiniz, arzuladığınız, xəyalını qurduğunuz bütün arzularınız çin olsun inşAllah! Xoşbəxtliyin zamanı olmaz, hansı yaşda gəlsə qəlb rahatlığı yaşadar. Qəlbinizin rahatlığa qovşduğu ilə, yaşa qədəm qoyasınız. Ömrünüzə yazılacaq illər sizə “Mən bu ömrü elə belə yaşadım” deyimini unutdursun… Bu yazının davamını oxu