Bloq Arxivləri
Novruz bayramınız mübarək
Novruz bayramı bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biridir. Xalqımızın bu bayramı illərdir yaşadıb, qoruyub gələcək nəsillərə ötürməsi, müqəddəsləşdirməsi onu sübut edir ki, bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir.
Bu yazının davamını oxu
İlaxır çərşənbəniz mübarək
Bu gün Novruz çərşənbələrinin sonuncusu – Torpaq çərşənbəsidir. Xalq arasında “yer çərşənbəsi”, “ilaxır çərşənbə” və ya “torpaq çərşənbəsi” adı ilə tanınan bu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İnanca görə, torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Bu çərşənbə öz xüsusiyyətlərinə və Novruz bayramına yaxın olduğuna görə daha çox sevilir və seçilir. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, fala baxma və sairə kimi qədim adət-ənənələr öz aktuallığını hələ də qoruyur. Bu yazının davamını oxu
Qovurğa
Novruz bayramının adət-ənənələrindən biri də ilaxır çərşənbədə qovurğa qovurmaqdır. Bölgələrimiz üzrə hər kəs qovurğanı müxtəlif üsullarla qovurur. Şəki-Qəbələ bölgəsində düyü də qovrulur və bunu dadan biri kimi deyə bilərəm ki, qovrulmuş düyünün də öz ləzzəti var. Mən bu gün sizə Qarabağ mətbəxinə aid qovurğa qovurma üsulundan danışacam və şəkillərlə izahına çalışacam.
Lazım olan ərzaqlar:
1 kq qovurğalıq buğda
0,5 kq çətənə
0,5 kq küncüt
50 qram kərə yağı
Hazırlanması: Bu yazının davamını oxu