Bloq Arxivləri

Bu da bir alın yazısıdır…

image

Aprel ayının 17-dən 18-nə keçən gecə…özünün qaranlığını yeni ailə qurmuş iki gəncin taleyinə həkk etdirdi bu gecə. Qaranlığı nə qədər qorxulu idisə, gətirdiyi bəla daha betər oldu. O gecə bir igidin ömrünə şəhidlik yazıldı, o gecə bir qadının gözlərində sevgi dondu, o gecə bir körpə beşiyində aramsız ağladı, o gecə hələ ana bətnində olan bir körpənin gözlərinə ömürlük ata həsrəti çökdü… Bilirəm, ruhun çox nigarandı bu gün, Namiq. Sən olsaydın hər şey başqa cür olacaqdı bəlkə də…təsəllini onda tap ki, sənin sevgini qoruyan bir qadın yaşayır ocağında. Ömrünün ən gözəl illərini sənlə yaşamaq varkən, 26 ildir sənli keçən qısa bir ömrün xatirəsinə sığınıb, sənə sadəqətli yarın. Tale ona səndən sonra ikinci zərbəni vurdu, qızını da aldı əlindən. Amma dərdə dözümlü yarın bunu da içinə sinə bildi…Sevgini heç kimə təslim etmədi, üzünü belə görmədiyi atasını kimsəyə dəyişməsin deyə tək başına böyütdü oğlunu. Sənin adına layiq böyütdü həm də…  Bu yazının davamını oxu