Bloq Arxivləri

Namaz və onun qaydaları (1-ci hissə)

image

Əziz dostlar, Allahın rizası ilə sizlərlə namaz və onun qaydaları haqda bildiklərimi bölüşmək istəyirəm. Bəlkə kimlərsə namaz qılmaq istəyir, amma bir o qədər bilgisi yoxdur. Sizlərə yazdığım bu silsilə yazılarda, həm də namaz qılmağın qaydalarından da danışacam, öyrənmək istəyənlər üçün hər xırdalığı anlatmağa çalışacağam.
Namaz dinin ən mühüm əməllərindəndir ki, əgər Allah – Təalanın dərgahında qəbul olsa, sair ibadətlər də qəbul olar. Necə ki, insan gündə beş dəfə çayda çimsə, bədəni çirkdən təmizləndiyi kimi beşlik təşkil edən namazlar da insanı günahlardan təmizləyir. Hər kəs namazı yüngül saysa, namaz qılmayanlar kimidir. Peyğəmbəri Əkrəm ( səlləllahu əleyhi və alihi və səlləm) buyurub: ” Namaza əhəmiyyət verməyən və onu yüngül sayan kəs axirət əzabına layiqdir.”  Bu yazının davamını oxu