Bloq Arxivləri

Namaz və onun qaydaları (6-cı hissə)

Vacib namazlar:

Vacib namazlar dörddür:

1– Gündəlik namazlar;

2– Ayət namazı;

3– Meyit namazı;

4– Allah Evinin vacibi təvaf namazı;

Gündəlik vacib namazlar:

Bizə vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:

1– Sübh namazı……………………………………………… İki rükət;

2– Zöhr namazı……………………………………………… Dörd rükət;

3– Əsr namazı………………………………………………. Dörd rükət;

4– Məgrib namazı………………………………………….. Üç rükət;

5– İşa namazı………………………………………………. Dörd rükət.

Namazın vacibatı:  Bu yazının davamını oxu

Namaz və onun qaydaları ( 5-ci hissə)

Günaydın, əzizlərim. Dördüncü hissənin sonunda sizə təyəmmüm haqda yazacağımı söz vermişdim.

Təyəmmümdə vacib olan işlər

Təyəmmümdə dörd şey vacibdir:

1– Niyyət;

2– İki əlin içini təyəmmümün səhih olduğu şeyə, yəni torpağa vurmaq;

3– İki əli birlikdə alnın hər yerinə və onun iki tərəfinə: tüklər bitən yerdən qaşlara qədər və burunun üst tərəfinə çəkmək.  Bu yazının davamını oxu

Namaz və onun qaydaları (3-cü hissə)

image

Söz verdiyim kimi bu yazımda sizə dəstəmazın alınma qaydası və dəstəmaz zamanı oxunan dualardan danışacam.

DƏSTƏMAZIN MÜSTƏHƏB ƏMƏLLƏRİ:

1– Üzü yumazdan qabaq əlləri yumaq;

2– Ağıza su alıb yaxalamaq;

3– Buruna su alıb yaxalamaq;

4– Aşağıdakı duaları oxumaq.  Bu yazının davamını oxu

Namaz və onun qaydaları (2-ci hissə)

image

Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Əvvəlcə “Bismilləh” deyilməlidir. Sonra isə əllər yuyulmalı və ağız 2 və ya 3 dəfə yaxalanmalıdır. BUrna da 3 dəfə su çəkliməlidir. onra isə üzün bütün hissəsi yuyulmalıdır.

Burnun içinə su çəkmək lazımdır.

Üzü yuduqdan sonra əvvəlcə sağ əli, sonra sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır.  Bu yazının davamını oxu