Bloq Arxivləri
“Şəki oması”
Əziz dostlar, nəhayət, söz verdiyim şirniyyatı təqdim etmək zamanı gəldi. Bilirik ki, Şəki Azərbaycanın qədim şəhərlərindən sayılır. Göz oxşayan mənzərəsi, təbiəti haqqında danışmaq yox, gedib görmək gərəkdir. Şəki deyən kimi ağıla gələn “Şəki Xan Sarayı”, “Şəki halvası”, “Piti”, “Şəki lətifələri” gəlməyə bilmir. İstərdim ki, bunların sırasına “Şəki oması”nı da əlavə edəsiniz. Bu şirniyyatı ilk dəfə bu yay Şəkidə olanda dadmışam. O zamandan bura da dadı damağımda qalıb. Sevimlimiz, Şəki gözəli Nübarın sayəsində əsl resepti əldə edən kimi bişirib sizinlə də paylaşmaq istədim. Bu yazının davamını oxu