Bloq Arxivləri

Mən bu ömrü elə belə yaşadım… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 29-cu yazı)

Günaydın, əzizlərim! Cüməniz mübarək. “Mən bu ömrü elə belə yaşadım”… Bu mahnının varlığından xəbərim yox idi. Doğma bildiyim birinin məsləhəti ilə dinlədim və çox sevdim. O gündən bu yana bir neçə dəfə bu mahnıyla bir neçə münasib yazı paylaşmaq istəsəm də, əl saxlamışdım. Ta bugünki müsahibimin cavablarını oxuyana qədər. Bilirsiniz ki, mən cavablar içərisindən ürəyimə ən yatımlı olanını başlıq seçirəm. İlk dəfə idi ki, çox sayda seçim qarşısında qaldım. Mələk xanımın əksər cavabları başlıq üçün ideal idi. Amma mən niyəsə bunu seçdim…

Mələk xanımı dostlarım və diqqətli izləyicilərim rəylərdən qismən tanıyırlar. Çox az-az fikir bildirər, amma bildirdiyi hər rəydə bir hikmət yatar. Düşüncəsi, dünyaya baxışı, xanımlığı ilə diqqətimdə olan və çox dəyər verdiyim bir xanımla tanış olacaqsınız. Qeyd edim ki, bu gün Mələk xanımın doğum günüdür həm də. Mələk xanım, mələk qəlbli xanım! Siz Allahın çox sevimli və dürüst bəndəsisiniz. Bu tarix sizin üçün məxsusi seçilmədi, təsadüfi sıralama buna səbəb oldu. Sizi bilmirəm, mənə çox xoş oldu bu tarixlərin üst-üstə düşməsi. Sizi ürəkdən təbrik edirəm. Gözlədiyiniz, arzuladığınız, xəyalını qurduğunuz bütün arzularınız çin olsun inşAllah! Xoşbəxtliyin zamanı olmaz, hansı yaşda gəlsə qəlb rahatlığı yaşadar. Qəlbinizin rahatlığa qovşduğu ilə, yaşa qədəm qoyasınız. Ömrünüzə yazılacaq illər sizə “Mən bu ömrü elə belə yaşadım” deyimini unutdursun… Bu yazının davamını oxu

Həqiqətlər həmişə bizə xoşbəxtlik gətirmir, bəzən gözləmək daha faydalıdır… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 26-cı yazı)

Cüməniz mübarək, əzizlərim. Xoş gördük hamınızı. 26-cı müsahibə…deməli, sona yaxınlaşırıq. Allahın izni ilə bitirməmə yol verəcək Yaradanım. Bu gün gənc bir qızla tanış olacaqsınız. Gələcəyin jurnalistidir bu gözəl qızımız. İlk müsahibədə Aysel adlı bir jurnalistlə tanış etmişdim dostlarımı. Onda Hicranə xanım kimi Aysel də 4-cü kursdaydı. Bu gün şükürlər olsun ki, özünə yer tuta bilib. İnşAllah Hicranə qızımız da gələcəyin gözəl jurnalistlərindən olmağı bacaracaq.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Mən, İsmayılova Hicranə. 27 mart 1996-cı ildə Sumqayıtda anadan olmuşam. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıram. Bakalavr təhsilimi tamamlamaq üçün 1-cə ilim qalıb.
Əslində öz xarakterim haqqında çox danışmağı sevmirəm, çünki bu cür olmağım məni qane etmir. Sulugöz, həssas, qısqanc, diqqətcil biriyəm, ətrafımda olan insanların yaxşılığı üçün əlimdən gələni etməyə çalışıram, bəzən doğru olduğumu bilə-bilə özümdə günahlar axtarmağa çalışıram. Bu yazının davamını oxu

Məncə həyat Allaha qul olmaqdır…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 24-cü yazı)

Günaydın, əzizlərim. Cüməniz mübarək! Müsahibə gözləyənlər üçün çox gözəl bir xanımla gəlmişəm hüzurunuza. Hüsniyyə xanım mən instagrama gəldiyim gündən izləyicim olub. Hər mövzuya fikir bildirməsə də, bu xanımdakı səmimiyyəti hiss etmişdim. Müşahidəm “onu da müsahib et” dedi mənə. Bu gün əziyyətimin boşa getmədiyini görüb sevindim, yaxından tanıdığıma şad olum. Növbə sizindi, buyurun, tanış olun, fikirlərinizi bölüşün.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Mən Alışova Hüsniyyə, 15.05.1987 ci ildə Şirvan şəhərində doğulmuşam. 2 oğul anasıyam. İşləyirəm. Kiminə görə fədakar ana, kiminə görə səbirli bir xanım, kiminə görə gözəl dost, əslində içində fırtınalar qopan Hüsniyyə…
2. Birinə güvənmək lazımdır bu həyatda. Səni heç vaxt tərk etməyəcək birinə. Kimdir o? Həyatınızda belə bir insan varmı?    
– “Güvən” sözünü ümumilikdə götürsək insana ailəsindən savayı güvənəcəyi kimsə yoxdur əslində. Amma “güvən” sözünü fərdiləşdirsək özümü dərk etdiyim vaxtdan əslində axtardığım “O”-dur. Qarşıma çıxsa biləcəm kimdir, amma….təəssüf  Bu yazının davamını oxu

Könlümdəki qışımı yaza çevirən ailəm var…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 15-ci yazı)

Günaydın, dostlar! Müqəddəs cümə gününüz mübarək olsun. Bu gün müsahibə günü, çox gözəl bir xanımla tanışlıq günüdür. Yeganəni köhnə dostlar yaxşı tanıyır, daha doğrusu hamımız onu şirin-şəkər oğlu Aminə görə tanımışıq. MaşAllah indi böyük oğlan olub. Neçə müddət idi ki, kənardan izləyirdim səhifəsini, sözün açığı bir az incimişdim də. Amma mənim ürəyim dost dediklərimdən hələm-hələm asan sınmır. Hər xırdalığa görə münasibəti korlayan biri də deyiləm. Xüsusən də dəyər verdiyim biri olduqda. Yeganə də çox istədiyim dostlarımdandı. Hətta onu virtual olaraq görəndə o qədər doğma gəldi ki, mənə həmin gündən “əkizim” deyə müraciət etdim. Mehriban, qabiliyyətli, evdar və ən əsası xoşbəxt bir ailəyə sahib bir xanımla siz də tanış olun, əzizlərim. Və bir də rəy bildirərkən Yeganə xanımı təbrik etməyi də unutmayın, axı sabah onun doğum günüdür ☺️  Bu yazının davamını oxu

…sadəyəm, amma sadəlövh deyiləm…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 4-cü yazı)

image

Bu günkü müsahibim yenə də instagram dostlarımızdandır. İstifadəçi adı “Günəşə doğru”dur. Mən hörmətli oxucularıma “Günəş” adlı bir dəyərli xanımı təqdim etmişdim və əksəriyyət bu xanımdan çox-çox razı qalmışdı. İndi də Günəş xanımı özlərinə böyük hesab edib məsləhətlərindən yararlanırlar. İnşAllah bu günkü müsahibim də öz fikirləri ilə ətrafa günəş kimi saçmağı bacaracaq. Və inanıram ki, inşAllah gənclərimizə örnək olacaq biri kimi də seviləcək.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Təqaüddə olan bir müəllimə, övladlarını sevən bir ana, nəvəsini sevən bir nənə var, Qazıyeva Kəmalə – həyatı sevən bir insan….  Bu yazının davamını oxu

Sirr saxlayan biri deyiləm, sirri dəfn edən biriyəm…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 1-ci yazı)

image

Mən yenə gəldim. Getməmişdim, yox, sadəcə sizin sevimli layihənizlə yenidən sizinləyəm. Sözün düzü, keçən dəfəki müsahibəni bitirdikdən sonra heç gümanım yox idi ki, nə vaxtsa yenidən belə bir layihəyə təkrar başlaya bilərəm. İzləyən dostlar bilirlər ki, keçən dəfə 30 müsahibdən, çox maraqlı müsahibələr götürmüşdüm və çox rəğbət hissi ilə də qarşılanmışdı. Bunu dəfələrlə aldığım təşəkkürlər sübut edib. Həm çətin və həm də məsuliyyətli olan bu işin altına yenidən girməyimə səbəb, mənimçün dəyərli olan insanların keçən dəfə bu müsahibədə iştirak etməməsi oldu. İnanıram ki, bu dəfə də hamınız üçün yeni dostlar qazandırmağa nail olacam.  Bu yazının davamını oxu

Mən alnıma yazılan qədərimi yaşayıram (Tanımadığımız tanışlar silsiləsindən I yazı)

image

Əziz dostlar, bu gündən yeni silsilə yazıya start vermək istərdim. Virtual həyatda tanış olduğumuz bir çox insanlar var ki, gündəlik olaraq onlarla ünsiyyətdə olmaq həyatımızın ayrılmaz bir hissəsinə çevrilibdir. Bir çoxlarının “internet”, “sosial şəbəkə” dedikdə niyəsə ağıllarına ilk gələn mənfi fikirlər olur. Amma bu düşüncə mənim fikrimcə, yanlışdır. Çünki insanın xarakteri nədirsə, qarşısına çıxan imkandan da o yönümdə yararlanacaq. Ətrafımızda sağlam düşüncəli insanların toplanması, məhz bizim özümüzü təqdim etməyimizdən asılıdır. Bu paylaşılan mövzularda, yazılarda və yazılara bildirilən münasibətdə özünü göstərir. Bir sözlə, fikrim tanımadığımız, daxili dünyasını bilmədiyimiz dostlarımızı daha yaxından tanımaqdır. Bu yazının davamını oxu