Bloq Arxivləri

Məncə həyat Allaha qul olmaqdır…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 24-cü yazı)

Günaydın, əzizlərim. Cüməniz mübarək! Müsahibə gözləyənlər üçün çox gözəl bir xanımla gəlmişəm hüzurunuza. Hüsniyyə xanım mən instagrama gəldiyim gündən izləyicim olub. Hər mövzuya fikir bildirməsə də, bu xanımdakı səmimiyyəti hiss etmişdim. Müşahidəm “onu da müsahib et” dedi mənə. Bu gün əziyyətimin boşa getmədiyini görüb sevindim, yaxından tanıdığıma şad olum. Növbə sizindi, buyurun, tanış olun, fikirlərinizi bölüşün.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Mən Alışova Hüsniyyə, 15.05.1987 ci ildə Şirvan şəhərində doğulmuşam. 2 oğul anasıyam. İşləyirəm. Kiminə görə fədakar ana, kiminə görə səbirli bir xanım, kiminə görə gözəl dost, əslində içində fırtınalar qopan Hüsniyyə…
2. Birinə güvənmək lazımdır bu həyatda. Səni heç vaxt tərk etməyəcək birinə. Kimdir o? Həyatınızda belə bir insan varmı?    
– “Güvən” sözünü ümumilikdə götürsək insana ailəsindən savayı güvənəcəyi kimsə yoxdur əslində. Amma “güvən” sözünü fərdiləşdirsək özümü dərk etdiyim vaxtdan əslində axtardığım “O”-dur. Qarşıma çıxsa biləcəm kimdir, amma….təəssüf  Bu yazının davamını oxu

Mən yazmağa susmağı bacarmadığım üçün başladım…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 23-cü yazı)

Cüməniz mübarək, dostlar. Bu gün bir çox valideynlər üçün həyəcan dolu gündür. İnşAllah heç kimin əziyyəti yerdə qalmaz və bir neçə saatdan sonra övladlarımızın sevincini birgə yaşayarıq. Keçək müsahibəyə. Yusif bəyi bloqum fəaliyyətə başladığı vaxtdan tanımışam. Maraqlı hekayələri, xarici ədəbiyyatdan tərcümələri ilə marağıma səbəb oldu. Mən qismən tanışam, yazıları ətrafında da müzakirələrimiz olub. Müəyyən mövzularda baxışlarımız eyni olsa da, fərqli düşüncələrimiz var. Deist kimi tanıyırdım Yusif bəyi, amma ateist imiş. Mən müsahiblərimi öz baxışıma görə sizə sevdirməyə çalışmadım heç vaxt. Mən tanıdıram, münasibətiniz isə sizin şəxsi fikrinizə bağlıdır.
1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Ad məsələsi uzun müddət mənim üçün problemli məsələlərdən biri olub. Valideynlərim mənə dinə bağlı Yusif adı qoyub, mənim isə İslam dininə ilə bağlı fikrlərim fərqli olduğundan adımdan utanmışam. İllər sonra barışdım adımla. Öz adıma ideologiyamın qərbə məxsusluslu göstərmək üçün Hansen təxəllüsü əlavə etdim. Mən, Yusif Hansen.  Bu yazının davamını oxu

Özləm dolu sahillərdə gözləyəcəm onu…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 22-ci yazı)

Cüməniz mübarək, əzizlərim! Ənənəmə sadiq qalıb yenə də bir maraqlı xanımla tanışlığı təqdim etmək istəyirəm. Lamiyə xanımı instagram dostlarımızdan əksəriyyəti məlahətli səsiylə artıq tanıyır. Mən özüm də poeziya vurğunu olduğum üçün, bu xanımın səsinin sehrinə düşməyə bilmədim. Həm də sözün açığı, məni tələbəlik illərimə qaytardı. Tələbəlik illəri, gəncliyin ən gözəl zamanı ola, sevgi, şeir olmaya?!.. Qızlar var idi hər gün bir bənd də olsa şeir payların məndən almasalar sakit buraxmazdılar məni. Eh, gənclik…gənclik… Buyurun, tanış olun. Bəlkə sizin də yaddaşınızı ötən xatirələr təzələyə…

1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Mən Lamiyə, ingilis dili müəlliməsi. İki oğlum var. Bir az duygusal, bir az susqun, bir az dəli-dolu biriyəm.  Bu yazının davamını oxu

Sevgi həsrətimdə, yamaq tutmayan qəlbimdədir mənim…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 20-ci yazı)


Cüməniz mübarək, əzizlərim! Müsahibə üçün darıxanları gözəl bir xanımla söhbət gözləyir. Tanışlıq demədim, bəli, çünki Pərvanə xanımın xüsusi təqdimata ehtiyacı yoxdur. Onu sevənlər də, tanıyanlar da çoxdan çoxdur. Çox səmimi, gülərüz, qəlbinin gözəlliyi kimi gözəl də qələmə sahibdir Pərvanə xanım. İnsan var şöhrət qazandıqca ətrafındakı insanlara Allahın salamın belə verməyi özünə sığışdırmır. Amma Pərvanə xanımın camalı kimi qəlbi də, xasiyyəti də gözəldir. O qədər zövq alıram ki, bu xanımla söhbətdən. Allah sizi qorusun, gözəl xanım. Səsiniz həmişə ən ucalardan gəlsin. Buyurun, əzizlərim, bir şairə xanımın, bir gözəl ananın, bir nisgilli qəlbin pıçıltılarını siz də dinləyin…
Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?  Bu yazının davamını oxu

Xoşbəxtlik – xəyanət və yalan olmadan sevdiyinin gözlərinə qürurla baxa bilməkdir…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 19-cu yazı)

Günaydın, əziz dostlar. Müqəddəs cümə gününüz mübarək. Bu gün tanışlıq günüdür, bəli. Mənimçün o qədər xoş bir tanışlıq oldu ki. Mən deyərdim tanış olmadım, kəşf etdim. Mən bir sadiqlik nümunəsi qadın kəşf etdim bu gün. Bir aya yaxın olar sadiqlik haqqında bir yazı yazmışam, vaxt edə bilmirdim redaktə edib dərc etməyə. Amma bu günkü müsahibə mənə bir stimul verdi ki, inşAllah yaxın günlərə bu yazını dərcə verim. Pərvanə xanım gənc yaşında yoldaşını itirib, Allah rəhmət eləsin. Amma yazısını oxuyan hər kəs bir qadında olan sədaqətin dəyərin görəcək. Dünyada olmayan birinə, sevgisinə, övladlarına olan sədaqətdir bu. Həyat yoldaşı ona iki gözəl gül bala əmanət qoyub gedib. Pərvanə xanım sevgisinə sadiqliklə qanadı altına alıb bu körpələri. Nə qədər ucalardasınız siz, Pərvanə xanım. Sizin kimi qadınlarımız çox azdır, əfsuslar olsun. Hətta yanlarında olub, sahib olduqlarına belə sədaqətli olmağı unudanlar var. Amma siz yoxluğuna belə sadiq olmağı bacarırsınız…

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Yazan qələmimdi, düşünən beynim,
Yurdum Azərbaycan, Şəmkirdi elim.
Pərvanə Həsənəm, “Qəm yazarıyam”,
Şeir aləminin söz bazarıyam.  Bu yazının davamını oxu

Dünyaları yeməklə deyil, bir parça çörəklə xoşbəxtəm mən…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 18-ci yazı)

Cüməniz mübarək, əziz dostlar! Xoş gördük həftənin bu gününü səbirsizliklə gözləyənləri, elə gözləməyənləri də ☺️

Bu gün gənc bir qızla, istedadlı, o kiçik ürəyinə dünyanı sığışdıra biləcək bir gücdə olan Pərvinlə tanışlıq günüdür. İndiyə qədər Pərvinə “siz” deyə rəsmi müraciət edirdim. Daha bu gündən “qızım” deyəcəm. Həm yaşda mənim qızımdan da kiçikdir, həm də onun daxilindəki kövrəklikmi deyim, duyğusallıqmı deyim, nə bilim gizli bir hiss mənə bu sözü dedirtdi. Bir şey mənə qəribə gəldi, Pərvini tanıyanlar bilirlər ki, mövzulara heç vaxt qısa olaraq cavab verməz. Hər zaman geniş məzmunda fikir bildirər. Mən müsahibədə də bunu gözləyirdim. Amma niyəsə qızım lakonik cavablarla kifayətlənib. Cavablar məni qane edib əslində, qısa olmağına baxmayaraq bəzən elə cümlələrə rast gəldim ki, “afərin” deməkdən başqa söz tapmadım. Ola bilər suallar qane etməyib Pərvini. Hər halda güman edirəm ki, Pərvin mənim instagram hesabım var olduqca dostluğumda qalacaq və hər zaman gözüm axtaracaq biri olacaq…

1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Mən Əzimzadə Pərvin. 1998-ci ildə Bakıda anadan olmuşam. Məktəbi bitirmişəm, şeir və yazı yazmaqla özümü ovundururam. Sanki təsəlli tapıram… boş zamanlarımda isə kitab oxumağı çox sevirəm…  Bu yazının davamını oxu

…bəzilərinə şirin, bəzilərinə isə acı bir nağıldır həyat…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 14-cü yazı)

Cüməniz mübarək, dostlar!

Bu gün gözəl, həm də ziyalı bir xanımla sizi tanış etmək istəyirəm. Gülanə xanıma müsahibə üçün müraciət edəndə “kaş ki yox deməyə” dedim ürəyimdə. Xasiyyətimi bilirsiniz, “yox” cavabın aldımsa, israr etmirəm. Qərarına hörmətlə yanaşıram həmin şəxsin. Düzdür, “hə, göndərin” cavabın da tez almadım. Amma aldım ☺️ Ola bilər Gülanə xanım məni danışdırmaqla ondan müsahibə götürənin kimliyi ilə daha yaxından tanış olmaq istəyirmiş. Çox sevdim mən bu xanımı. Yazısındakı niskildənmi, səmimi cavablarındanmı, ya zahiri gözəlliyindənmi gəldi bu istək bilmirəm…

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.

1. Müsahibim kimdir, sizi necə tanıyaq?  Bu yazının davamını oxu

Bəzən qışqırsam da, hər kəlmələrinə içim məndən öncə “can” deyir…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 12-ci yazı)

Cüməniz mübarək, dostlar. Müsahibə gözləyənlər üçün daha bir şairə xanımı qonaq gətirdim. Nahidə xanımı təqdim etmək üçün ürəyimdən keçənləri yaza bilmədim. Əslində yazacaqlarım vardı, müsahibəyə başlamazdan əvvəl. Amma təsadüf elə gətirdi ki, Nahidə xanım mənim yazmaq istədiyimi mənə sual kimi ünvanladı. Və bu da o deməkdir ki, siz bu haqda mənim öz müsahibəmdə oxuyacaqsınız. Buyurun, əziz dostlar, fikirləriniz, münasibətiniz mənimçün çox dəyərlidir.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Sadəcə Nahidə. Ailəli bir xanım.  Bu yazının davamını oxu