Bloq Arxivləri

Ərik mürəbbəsi

Lazım olanlar:
3 kq ərik
3 kq şəkər tozu
3 stəkan su
Hazırlanması:
Ərik yuyulur, ikiyə bölünmədən dənəsi çıxarılır. Mürəbbə hazırlayacağımız qaba yerləşdirilir. Başqa bir qabda şirə hazırlanıb üzərinə tökülür. 5-6 saat soyumağa qoyulur. Soyuduqdan sonra 5 dəqiqəlik qaynadıb bir də 6-7 saat soyuduruq. Sonuncu dəfə isə şirə qatılaşanacan bişirib götürürük.

Qoz mürəbbəsi

imageLazım olan ərzaqlar:

1 kq tam bərkiməmiş yaşıl qoz (50 – 60 ədəd)
1, 4 kq şəkər tozu
4 stəkan su
200 qram əhəng + 1,5 litr su
5-6 ədəd mixək
Kiçik parça darçın çubuğu (zövqə görə)
Yarım limonun qabığı

Hazırlanması:  Bu yazının davamını oxu

Qoz mürəbbəsi

image Əziz dostlar, bu gün yenə Sura xanım Naxçıvan mətbəxi ilə qonağımızdır. Bir şeyi etiraf edəcəm bu gün. Mən qoz mürəbbəsini məhz Naxçıvan mətbəxindən hazırlanıb gələn payla sevmişəm. Azərbaycanın hər bir guşəsi bizim üçün əzizdir və hər region da öz neməti ilə fərqlənir. Eləcə də Naxıçıvan. Biz fərq qoymadan doğma Azərbaycanımızı sevirik. Elə deyilmi? Eləsə, buyurun, bu ləziz təamla siz də tanış olun. Bu yazının davamını oxu